Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr - Bilik günü münasibətilə Biləsuvar rayonunun ümumtəhsil məktəblərində tədbirlər keçirildi.

15 sentyabr 2017 | 16:00

15 Sentyabr - Bilik günü münasibətilə rayonun bütün təhsil ocaqlarında tədbirlər keçirildi.Bilik günü münasibətilə keçirilən  tədbirlərdə  rayon icra hakimiyyətinin məsul işçiləri, rayon Təhsil şöbəsinin kollektivi, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəblərin müəllim və şagird kollektivi, valideynlər və  ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Biləsuvar şəhər 4 saylı tam orta məktəbində keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Əli Əliyev məktəb haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Məhz Ölkə  Prezidenti cənab İlham Əliyevin  təhsilə olan diqqəti və qayğısının nəticəsidir ki, bu gün rayonumuzun demək olar ki əksər məktəbləri  ən müasit tələblərə cavab verən yeni binalarda fəaliyyət göstərir.Müəllim və şagirdlərimiz üçün bütün şərait yaradılmışdır.Ə.Əliyev məktəbin kollektivi adından qonaqları əmin etdi ki, məktəbimiz əvvəlki ənənəsinə sadiq qalaraq bundan sonra da bütün qüvvəsi ilə çalışaraq cəmiyyətimiz üçün əsl vətənpərvər və savadlı kadrlar yetişdirəcəkdir.
Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Kamil Qurbanlı çıxış edərək bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri Bilik günü münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.K.Qurbanlı bildirdi ki, Ölkə Prezidenti  cənab İlham Əliyevin Təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərdiyi yüksək qayğı və diqqət  rayonumuzda da  öz  müsbət nəticələrini  verir. Son illər rayonumuzda  13 yeni məktəb tikilmiş  7 məktəb  yüksək səviyyədə əsaslı  təmir olunaraq istifadəyə  verilmişdir. Təhsil ocaqlarının  maddi-texniki bazası yenilənir, informasiya kommunikasiya texnologiyaları ilə  təminat  yaxşılaşdırılır.Bütün yaradılan bu şərait müəllimlərimizin rahat və gözəl binalarda işləsinlər, şagirdlərimiz isə gözəl məktəblərdə dərs keçsinlər.
Yeni dərs ilində rayonun ümumtəhsil ocaqlarında 1357 müəllim   13514  nəfər şagirdin təlim tərbiyəsi ilə məşğul olacaqdır. Bu il rayon üzrə 1194 nəfər uşaq məktəbəhazırlıq qruplarına cəlb olunmuşdur.1659 şagird isə rayonun 36 ümumtəhsil məktəblərinin birinci siniflərinə qədəm qoyacaq.
Bilik günü və Yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən tədbirlərdə məktəblərin kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyətin nümayəndələri çıxış edərək öz xoş arzularını bildirdilər.
Sonda birincilərin hazırladıqları kompazisiya söylənildi və yeni tədris ilinin başlandığını bildirən ilk zəng səsləndi.

Keçidlər