Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əliabad kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir

20 dekabr 2012 | 16:00

Əliabad kəndi rayonun şimal-qərb istiqamətində yerləşir. Əliabad inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Aranlı, Zəhmətabad, Xırmandalı və Bağbanlar kəndləri ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 291 təsərrüfat, 1283 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 1 tam orta məktəb, 1 həkim ambulatoriyası, 1 kitabxana,1 uşaq bağçası və 1 “Modul” tipli sudurulducü qurğu fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Əliabad inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, 1.5 km məsafədə kəndin mərkəzi yolu asfaltlaşdırılmış, 3 km kəndaxili yol isə qum-çınqıl qarışığı ilə təmir olunmuşdur.Kənd ərazisində bələdiyyə tərəfindən park salınmış,həkim amubatoriyasında təmir işləri aparılmış, “Modul” tipli su durulducu qurğu tikilərək əhalinin istifadəsinə verilmişdir. Əliabad kəndi hazırda təbii qazla və. fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.
Dekabrın 19-də Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev Əliabad kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir. Görüşdə kənd sakinləri S.Quyliyev, Ü.Qurbanova, Q.Quliyev, Q.Abbasov və A.İbrahimov çıxış edərək ölkədə, rayonda və kənddə gedən quruculuq abadlıq işlərindən danışmışlar. Onlar ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin kəndlərimizə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, ölkə rəhbərliyini apardığı məqsədyönlü iqtisad-siyasət nəticəsində yüksək sosial-iqtisadi inkişafa nail olmuşuq. Dövlət səviyyəsində qəbul edilən Proqramların, xüsusən, “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrası ilə əlaqədar görülən işlər əhalinin rifah halını yüksəltməklə, müstəqil dövlətimizi beynəlxalq aləmdə gündən-günə şöhrətləndirir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin Bunun nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir.Kəndlərdə kənddaxili yollar təmir edilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.
Mahir Quliyev Əliabad kəndində boya-başa çatmış Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmalıqla dolu həyat yolundan danışdı.Bildirdi ki, Mübariz İbrahimovun yüksəldiyi zirvə təkcə onun doğulub, boya-başa çatdığı kənddən deyil, Azərbaycanın və eləcə də bütün türk dünyasının hər yerindən görünür. Bu zirvəyə gedən yol isə Biləsuvar rayonunun Əliabad kəndindən başlanır. Mübariz 1988-ci il fevralın 7-də bu məkanda dünyaya göz açmışdır. Elə həmin il erməni işğalçıları vətənimizin ayrılmaz hissəsi olan Qarabağ bölgəsində torpaq iddiası ilə münaqişə yaratmağa başlamışdı. Bəlkə də İlahi Mübarizi bu yağı düşmənlə gələcəkdə mübarizə aparacaq bir oğul kimi dünyaya gətirmişdi. Mübariz İbrahimov Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadətinə görə ölkə rəhbərliyi tərəfindən Milli Qəhrəman adına layiq görülmüşdür.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Bağbanlar kənd əhalisin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.(
 

Keçidlər