Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkaran şəhərində keçirilən respublika müşavirəsində çəltik istehsalının artırılması ilə bağlı qarşıya qoyduğu vəzifələr”in icrası sahəsində Biləsuvarda görülən işlər barədə iclas keçirildi.

06 sentyabr 2017 | 16:00

      06 sentyabr 2017-ci il tarixdə  Biləsuvar rayon İcra Hakimiyyətində “Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkaranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çəltik istehsalının artırılması ilə bağlı qarşıya qoyduğu vəzifələr”in icrası sahəsində Biləsuvar rayonunda görülən işlər və qarşıda duran vəzifələr barədə iclas keçirildi.
          İclasda  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev,hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, çəltikçiliklə məşğul olan fermerlər, kütləvi informasiya vasitələrinin nümayəndələri   iştirak edirdi.

         Yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, sentyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran rayonunda ölkəmizdə çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair geniş müşavirə keçirmiş, həmin müşavirədə dövlət başçısı geniş məruzə ilə çıxış etmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.Müşavirədə ölkə Prezidenti qeyd etdi ki: “Kənd təsərrüfatının hər bir sahəsi bizim üçün çox önəmlidir və son illər bu sahəyə göstərilən diqqət öz nəticəsini verir.Qəbul edilmiş  konkret proqramlar əsasında bütün bölgələrdə, hər bir rayonda iqtisadi şəraitə uyğun olaraq sürətli inkişaf getmişdir və həmin inkişaf bu gün də uğurla davam edir.”Cənab Prezident müşavirədəki nitqində   çayçılıq və çəltikçilik sahələrinin inkişafı ilə bağlı önəmli addımlar atıldığını vurğulayaraq bu sahələrin bundan sonra da inkişafına yeni təkan veriləcəyini və  dövlət tərəfindən  bu sahələrə  çox ciddi şəkildə dəstək göstərəcəyini qeyd etmişdir.

       İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev bildirdi ki: “Rayonumuzun da iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cənab Prezidentin qarşımıza qoyduğu tapşırıqlara uyğun olaraq bu sahədə aparılan işlər böyük sürətlə davam etdirilir. Təsadüfi deyil ki, 2016-cı illə müqayisədə pambıq əkin sahəsi 2 dəfə, taxıl və digər sahələr isə 1,5 dəfə genişləndirilmiş və çəltik, soya, qarğıdalı kimi bitkilərin əkininə nail olunmuşdur.Pambıqçılıq sahəsində zəngin ənənələri olan rayonumuzda pambıqçılığın əvvəlki şöhrətini özünə qaytarmaq üçün mülkiyyətçilər bu işə sonsuz həvəslə qoşulmuşlar. 2017-ci ildən pambıq əkilmiş 11352 hektar sahədə bütün aqrotexniki tədbirlər həyata keçirilmiş, sahələrdə bol məhsul yetişdirilmişdir. Pambıqçılığın inkişafı nəticəsində rayonumuzda 12 min nəfərdən çox adam işlə təmin olunmuşdur ki, bu da işsizliyin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir.
Hazırda yetişdirilmiş bol pambıq məhsulunun toplanmasına hazırlıq işləri başa çatmaq üzrədir. Bir sıra təbii çətinliklərə baxmayaraq, sahələrdə çəkilən zəhmət hədər getməmiş, bol məhsul yetişdirilmişdir. İnanıram ki, pambıqçılarımız böyük zəhmət hesabına yetişdirdikləri məhsulu son qozasınadək toplayaraq tədarük məntəqələrinə təhvil verəcəklər.
Ərzaq təhlükəsizliyində mühüm rol oynayan taxılçılıq sahəsində də rayonumuzda önəmli tədbirlər həyata keçirilmişdir. Əkin aparılmış 21.019 hektar payızlıq taxıl sahələrindən 56 min ton taxıl istehsal olunmuşdur ki, bu da hər hektardan 26,6 sentner məhsul deməkdir. Rayonumuzun əhalisi ərzaq buğdasına olan tələbatını demək olar ki, ödəmişdir.
        Rayonumuzda bizim üçün ənənəvi olmayan sahələrin inkişafı da diqqət mərkəzində saxlanılır. Belə sahələrdən biri də çəltikçilikdir.Biləsuvarda ilk dəfə olaraq “Muğan-Düyü” şirkəti tərəfindən icarəyə götürülmüş 1200 hektar sahədə geniş meliorativ  tədbirlər həyata keçirərək 320 hektar sahədə apollo, meko, okean və haşemi çəltik sortları əkmişdir. Həyata keçirilmiş yüksək aqrotexniki tədbirlər nəticəsində hər hektardan 50 sentnerdən yuxarı məhsul gözlənilir.Ölkə Prezidentinin Lənkəran rayon müşavirəsindəki nitqində qeyd etdiyi kimi, çəltikçilik çox gəlirli sahədir və biz onu ildən-ilə genişləndirməliyik. Belə ki, “Muğan-Düyü” MMC tərəfindən icarəyə götürülmüş torpaqlarda 10 milyon manatlıq investisiya layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əminəm ki, çəltikçiliyin inkişafına rayonumuzda da xüsusi diqqət ayrılması nəticəsində gələn ilə çəltik əkini sahələrinin genişləndirilərək 600-700 hektara çatdırılması təmin ediləcəkdir.”
          Aqrar sahənin mütərəqqi metodlara əsaslanan davamlı inkişafını təmin etmək üçün başlıca olaraq bu sahəyə investorların cəlb edilməsini qeyd edən M.Quliyev bildirdi ki: “Rayonumuzda bu sahəyə böyük önəm verilir, investorlar cəlb olunur, böyük layihələr həyata keçirilir.  Çəltikçiliyin inkişafı ilə bağlı cəlb olunmuş” Muğan-Düyü” MMC tərəfindən nəzərdə tutulmuş 10 milyon manatlıq investisiyadan artıq 4 milyon manatı istifadə olunmuşdur. Bundan başqa, müxtəlif növ kənd təsərrüfatı bitkilərin istehsalı üçün “Green Farms Azerbaijan” MMC tərəfindən ilin sonunadək 1 milyon ABŞ dolları həcmində investisiya qoyulması nəzərdə tutulur. Bundan əlavə, Biləsuvar “Yaşıl Ada” MMC tərəfindən müxtəlif növ kənd təsərrüfatı bitkilərin yetişdirilməsi məqsədilə 4 milyon manat investisiya qoyulması planlaşdırılmışdır. Ötən müddətdə MMC üçün ofis binası, 10 min tonluq anbar, 5 ədəd tarla düşərgəsi, yollar və körpülər salınmışdır. Bu layihənin həyata keçirilməsi nəticəsində 1000 nəfər rayon sakini daimi və mövsümü işlə təmin olunmuşdur.Rayonumuzda aqrar sahənin inkişafına “Natural-green land” MMC və “Azərtoxum” MMC-də öz töhfələrini verməkdədirlər.”
       Bütövlükdə yeni investisiya layihələrin həyata keçirilməsi ümumilikdə rayonumuzun iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin açılmasına, ölkə Prezindetinin tapşırığına uyğun olaraq ölkəmizin idxaldan asılılığının aradan qaldırılmasına və ixrac yönümlü məhsulların artırılmasına xidmət edəcəkdir.

        Çıxışının sonunda M.Quliyev qeyd etdi ki: “Dövlət başçısının iştirakı ilə Lənkəran rayonunda keçirilən müşavirə qarşımıza çox mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin uğurla həyata keçirilməsi hər birimizin səyindən çox asılıdır. İnanıram ki, hər bir işdə olduğu kimi, Biləsuvar əkinçiləri də bu vacib vəzifələrin icrasında öz səylərini əsirgəməyəcək, ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verəcəklər.”

        İclasda Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev, Rayon Kənd Təsərrüfatı idarəsinin mütəxəssisi Elşən Musayev, Aqrolizinq ASC-nin Biləsuvar rayon filialının rəisi İman Mehrəliyev  çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr  müzakirə olundu.


 

Keçidlər