Biləsuvar rayonunda Qurban bayramı ilə bağlı tədbirlər keçirilir.
01 sentyabr 2017-ci il tarixdə Biləsuvar rayonunun şəhər və kəndlərində “Müqəddəs Qurban Bayramı” münasibətilə tədbirlər keçirilir.
Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə idarə, müəssisə, təşkilatların kollektivləri, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.
Bayram tədbirlərində çıxış edənlər rayon əhalisini təbrik etdikdən sonra bayram duaları oxundu və qurbanlar kəsildi.
Kəsilərən qurbanlar Qarabağ müharibəsi əlilləri,veteranları, şəhid ailələri, Cernobul əlilləri, digər imtiyazlı şəxslər və imkansızlar olmaqla 1000 nəfərdən artıq ailəyə bayram sovqatı olaraq paylanıldı.
Bundan əlavə əhalinin rahat şəkildə qurbanlıq heyvanlara olan təlabatını ödəmək və qiymət artımının qarşısını almaq məqsədilə şəhərin bir neçə hissəsində kəsim yerləri təşkil edilmişdi.