Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında şuranın növbəti iclası keçirilib.

25 avqust 2017 | 16:00

25 avqust 2017-ci il tarixdə Biləsuvar  Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyevin rəhbərliyi ilə rayon İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirilib.
İclasda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, şura üzvləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri  iştirak etdi.
Şura iclasında 2 məsələ müzakirə olundu.
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərindən irəli gələn vəzifələrin icrası sahəsində  rayonun idarə, müəssisə və təşkilatlarında görülən işlərin vəziyyəti barədə”  İcra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zakir Şahbazovun və “Biləsuvar rayon İcra Hakimiyyətinə 2017-ci ilin 6 ayı ərzində daxil olan ərizə və şikayətlərin təhlili barədə” İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elşən Astanovun  arayışları dinlənildi.
Məsələlərin müzakirəsi zamanı çıxış edən natiqlər qeyd olunanlarla bağlı fikir və mülahizələrini bildiriblər.

Birinci məsələ barədə məlumat verən Z.Şahbazov bildirdi ki, ölkə Prezidentinin bilavasitə diqqət və qayğısı   sayəsində  regionların sosial-iqtisadi inkişafına   dair qəbul olunan Dövlət Proqramlarına uyğun olaraq rayonumuz da davamlı inkişaf yolundadır.  Aparılan quruculuq və abadlıq işləri, bu istiqamətdə həyata keçirilən layihələr respublikamızın digər regionları kimi Biləsuvarı da abad rayonlardan birinə çevirmişdir.
Aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı ölkə prezidentinin qarşıya qoyduğu vəzifələr rayonumuzda da layiqincə həyata keçirilməkdədir. Məlumdur ki, rayonda ictimai sabitliyin qorunub saxlanması, sosial-iqtisadi, aqrar sahənin daha da inkişaf etdirilməsi ilə əlaqədar qarşıya qoyulan məsul vəzifələr həm icra hakimiyyətindən və həm də idarə, müəssisə və təşkilat rəhbərlərindən ciddi intizam,  məsuliyyət tələb edir.
Bu sahədə aparılan araşdırmalar barədə ətraflı məlumat verən natiq  görülən işlərlə yanaşı qarşıda duran problemlərin təhlilini verdi.
Sonra “Biləsuvar rayon İcra Hakimiyyətinə 2017-ci ilin 6 ayı ərzində daxil olan ərizə və şikayətlərin təhlili barədə”  hazırlanmış arayış müzakirə olundu.

Bildirildi ki, Biləsuvar rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə baxılması işinin təşkili “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli Qanununa və “Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya payların (səhmlərin)  nəzarət zərfi dövlətə və bələdiyyəyə məxsus olan hüquqi  şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların  müraciətləri ilə bağlı  kargüzarlığın aparılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli və “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciəti üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2015-ci il tarixli Fərmanına uyğun  qurmuşdur.
Rayon İcra hakimiyyətinə daxil olan müraciətlərə  baxılmasında və sənədlərlə işdə elektron informasiya sisteminin geniş tətbiqinə  müasir  idarəçilikdə böyük əhəmiyyətini nəzərə alaraq  Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli fərmani ilə yerli icra  hakimiyyətlərində  vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılmışdır. Bu informasiya sistemi artıq bir ildən artıqdır ki,  fəaliyyətdədir və onun tətbiqi nəticəsində vətəndaşların müraciətlərinə dair kifayət  qədər böyük  məlumat bazası  formalaşdırılmışdır. Bu  isə vətəndaşların müraciətləri ilə işin keyfiyyətinin və operativliyinin artırılmasına, vətəndaşları daha çox narahat edən problemləri vaxtında aşkar edib lazımi tədbirlər görülməsinə və müvafiq təhlillər aparılmasına imkan verir, həmçinin müraciətlərə baxılması prosesinin arxivləşdirilməsini təmin edir və müraciətlərə baxılması müddətlərinə dair operativ nəzarət etməsinə şərait yaradır.
2017-ci ilin 6 ayı ərzində həmin sistem üzrə 716 müraciət qeydə alınmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 63 ədəd azdır.
Sonra bu müraciətləri yaradan səbəblər və həlli yolları barədə şura üzvləri və ayrı-ayrı təşkilat rəhbərləri tərəfindən ətraflı məlumat verildi.
Sonda rayon İcra Hakimiyyətinin başçısı, Şuranın sədri, Mahir Quliyev çıxış edərək hər iki məsələ barədə öz fikirlərini bildirdi və  qarşıda duran vəzifələri şura iştirakçılarının diqqətinə çatdırdı.M.Quliyev ayrı-ayrı sahələrdə  yaranan problemlərin həlli ilə bağlı konkrek tapşırıqlarını və tövsiyyələrini verərək hər iki məsələnin icrasını nəzarətə götürdü.

 

Keçidlər