Biləsuvar rayonunda 2017-ci ilin birinci yarimilinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirildi.
01 avqust 2017-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayonunda 2017-ci ilinin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat iclasında Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun iş adamları, ağsaqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev 2017-cı ilin birinci yarımilinə rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verdi.
M.Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında Cənab Prezident iqtisadiyyatı bütün sahələrin o cümlədən kənd təsərrüfatı sahəsində əldə olunan yüksəsk naliyyətlərin 2017-ci ilin birinci yarımilində də davam etdirilmişdir. Cənab Prezidentin sərəncamı ilə “2017-2022-ci illərdə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı” kənd təsərrüfatının kooperativləşdirilməsi, yeni təsərrüfat formalarının yaradılması bu sahəyə diqqət və qayğının bir nümunəsidir. Cənab Prezident Nazirlər Kabinetinin iclasında kənd təsərrüfatında yeni innovativ təsərrüfat mexanizmlərinin yaradılmasını qarşıya məqsəd qoymuşdur.
Bildiyimiz kimi rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cənab Prezidentin qarşımıza qoyduğu tapşırıqlara uyğun olaraq bu sahədə aparılan işlər böyük surətlə davam etdirilir. Heç də təsadüfi deyildir ki, ötən illə müqayisədə pambıq əkin sahəsi 2 dəfə, taxıl və digər sahələr isə 1.5 dəfə genişləndirilmiş və çəltik, soya, kimi bitkilərin əkininə nail olunmuşdur.
Pambıqçılıq ənənələrinə malik olan Biləsuvar rayonunda 2017-ci ildə 11352 hektar sahədə pambıq əkilmişdir. Hal-hazırda yüksək məhsul əldə etmək üçün kompleks aqrotexniki tədbirlər görülür.
Rayonumuzad 2 Aqropark- 5000 hektar sahəsi olan “Aqroinvestment Green Firm” MMC və 4676 hektar sahəsi ola “Yaşıl ada” MMC aqroparkları yaradılmışdır. Rayonumuzda yaradılmış Aqroparklar geniş prespektivləri özündə cəmləşdirir. Aqroparklar kənd təsərrüfatında yeni idarəetmə formasına bariz bir nümunədir. Dincə qoyulmuş torpaqların əkin dövriyyəsinə qaytarılması üçün əlverişli təsərrüfat mexanizmidir.
“Aqroinvestment Green Firm” MMC 5000 hektar torpaq sahəsinə sərmayə qoyuluşunu planlaşdırır. Bu məqsədlə 42 km-lik Araz çayının qolunun tikintisi davam etdirilir. Ərazinin əkinə hazırlığı və texnikanın alınması ilə bağlı cari ilin sonuna kimi 1 milyon ABŞ dollarına yaxın investisiya qoyulması nəzərdə tutlmuşdur. “Yaşıl ada” MMC üçün ofis binası, 10 min tonluq anbar, 5 ədəd tarla düşərgəsi salınmışdır. 18 km avtomobil yolunun çəkilişinə başlanmış, 20 km sahələrarası yollar çəkilmişdir, böyük şor kollektoru üzərində avtomobil korpusu tikilmişdir. Burada əkin sahələri və tikinti işlərinə 1 milyon manata yaxın daxili investisiya qoyulmuşdur.Hazırda aqroparkda 1000 nəfərdən artıq işçi çalışır.
Nazirlər Kabinetinin iclasında cənab Prezident bölgələrə sərmayə qoyuluşlarının vacibliyini qeyd edərək demişdir: “Özəl sərmayələrin cəlb olunması üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımır, yerli icra orqanları da bu işdə fəal olmalıdırlar. Ilin sonuna Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat və siyahı verməlidr ki, hansı rayonda nə qədər sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir.” Cənab Prezidentin bu tələbi yerli icra orqanları qarşısında böyük məsuliyyət qoyur. Son dövrlər rayonumuz da ayrı-ayrı investorların maraq dairəsinə çevrilmişdir. Heç də təsadüfi deyil ki, əlverişli iqlim şəraitinə və bol su şəbəkəsinə malik rayonumuzda hazırda kənd təsərüfatı üzrə 7 investorun sərmayələri qoyulmuşdur. Bunlardan 2017-ci ildə “Muğan düyü” MMC 320 hektar sahədə çəltik, 100 hektar sahədə qarğıdalı və 100 hektar sahədə pambıq əkmişdir. “Muğan düyü” MMC rayonda 10 milyon manat həcmində investisya qoluşunu planlaşdırır.Hazırda 4 milyon manat həcmində investisiya qoyluşu həyata keçirilmişdir. “Azərtoxum” MMC-də rayonumuzda yeni fəaliyyətə başlamış müəssisədir. Müəssisə rayonumuzda hələlik 500 hektar sahədə qarğıdalı əkinini aparmışdır. Növbəti illərdə MMC əkin sahələrini genişləndirəcəkdir.
Ölkə Prezidentinin dövlət fonduna aid olan torpaq sahələrindən daha səmərəli istifadə etmək barədə tapşırığına uyğun olaraq rayonumuzda da 17 min hektardan çox əkinə yararlı qış otlaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi işləri artıq başa çatmaq üzrədir.Min hektarlarla ərazini əhatə edən həmin əkinə yararlı qış otlaq sahələrinin ümumi əkin dövriyyəsinə qoşulması rayonun iqtisadiyyatının möhkəmlənməsinə, minlərlə insanın məşğulluğunun təmin olunmasına və ən əsası rayonun yerli gəlirləri hesabına özünü maliyyələşdirilməsi sisteminə keçirilməsini təmin edəcəkdir
Yeni istehsal münasibətlərinin meydana gəlməsi yeni məhsul buraxan sahələrin də yaranmasına səbəb olur. Buna misal olaraq rayonumuzda yaradılmış istixanaların fəaliyyətini qeyd etmək olar. Hazırda rayonumuzun şəhər ərazisində və 6 kəndində 30 min kvadratmetr sahədə 11 istixana mövcuddur. Istixanalarda istehsal olunan xiyar və pomidor əhalinin tələbatını ödəməklə yanaşı onların ailə büdcələrinə də gəlir gətirir. Bu istixanalarda 2017-ci ildə 32.9 ton xiyar, 139.9 ton pomidor istehsal olunmuşdur. Ümumilikdə isə 200 nəfərə yaxın ailə üzvlərinin məşğulluğu təmin olunmuşdur.
2017-ci ilin məhsulu üçün 2016-cı ilin payızında 20982 hektar payızlıq taxıl əkini aparılmışdır ki, nəticədə 56 min ton taxıl istehsal olunmuş, hər hektardan məhsuldarlıq 26.6 sentner təşkil etmişdir. Əhali ərzaq buğdasına olan tələbatlarını öz məhsulları hesabına ödəmişlər. Yazlıq bitkilərdən 848.4 hektar qarğıdalı, 26 hektar sorqo, 93.5 hektar paxlalılar, 410 hektar şəkər çuğunduru, 805 hektar günəbaxan, 20 hektar soya, 125 hektar kartof, 108 hektar isə bostan-tərəvəz bitkisi əkilmişdir.
Ötən dövr ərzində iri buynuzlu mal-qara 41.5 min baş, xırda buynuzlu mal-qara isə 138.4 min baş təşkil etmişdir. Fərdi təsərrüfatlarda yetişdirilən bu heyvanların hesabına ət istehsalı 32568 sentner, süd istehsalı 140375 sentner, yun istehsalı isə 2635 sentner olmuşdur. Yumurta istehsalı 7806 min ədəd olmuşdur.
Bakı şəhər əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan yarmarkalarda Biləsuvar rayonunun fermerləri də yaxından iştirak etmişlər
Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 124.9 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 49.3, ticarətdə 45.0, sənayedə 19.1, tikintidə 9.8, nəqliyyat və rabitədə isə 2.4 milyon manat olmuşdur. Bu ilin altı ayında əsas kapitala yönələn investisiyalar 9.8 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 134.0 milyon manat təşkil etmişdir. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1229 manat, orta aylıq əmək haqqı isə 358 manat olmuşdur.
Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 124.9 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 49.3, ticarətdə 45.0, sənayedə 19.1, tikintidə 9.8, nəqliyyat və rabitədə isə 2.4 milyon manat olmuşdur. Bu ilin altı ayında əsas kapitala yönələn investisiyalar 9.8 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 134.0 milyon manat təşkil etmişdir. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1229 manat, orta aylıq əmək haqqı isə 358 manat olmuşdur.
2017-ci ilin altı ayında yerli gəlirlər 2 milyon 294 min 899 manata qarşı 2 milyon 372 min 546 manat olmuş və proqnoza 103.4 faiz icra olunmuşdur. Yerli xərclər üzrə isə 2 milyon 629 min 29 manata qarşı 2 milyon 105 min 08 manat təşkil etmişdir. Proqnoza 80.1 faiz icra olunmuşdur. Müdafiə olunan əsas xərclər maliyyələşdirilmişdir.
Sahibkarlığın inkişafına kömək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ilin altı ayı ərzində 15 sahibkara 1 milyon 822 min manat kredit verilmişdir.
Rayonda tikinti, abadlıq və quruculuq sahələrində aparılan işlər də davam etdirilmişdir.
2017-cı ildə 105 nəfər əmək qabiliyyətli vətəndaşın 1 il müddətində işlə təmin olunması məqsədi ilə rayonda aztəminatlı ailələrin yaşadıqları 9 ədəd çoxmənzilli yaşayış binalarında təmir işlərinə başlanmışdır. Hazırda təmir işləri davam etdirilir.
Rayonun Əliabad kəndinin 2 kilometr kənd yolunda asfalt-beton işləri aparılmışdır. Bu Milli Qəhrəmanımız Mübariz İbrahimovun əziz xatirəsinə bir töhvə olmaqla yanaşı, hənd əhalisinin həyat səviyəsinin yüksəldilməsində görülmüş əsaslı bir işdir. Əhalinin içməli su ilə təmin olunması işi də davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə rayonun 7 kəndində əhalinin içməli suya olan tələbatını yenidən qurmaq məqsədi ilə hazırda Bəydili və Xırmandalı kəndində tikinti işləri aparılır.
Hesabat dövründə rayonda Təhsil, səhiyyə və mədəniyyət sahələrində, ictimai-siyasi və dini sahədəki vəziyyətin nəzarətdə saxlanılması üçün müvafiq tədbirlər görülmüşdür.
Belə ki, ötən ilin sentyabr ayında açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı etdiyi Mərkəzi rayon xəstəxanasının binasının yenidən qurulmasından və müasir inventarlarla təchiz olunmasından sonra əhalimizin istifaəsinə verilməsi bütün biləsuvarlıların səhiyyə sahəsi ilə bağlı narahatçılıqlarına son qoymuşdur. Ötən bu müddət ərzində Xəstəxana əhaliyə yüksək səviyyədə xidmət göstərməkdədir. Cari ilin mart və aprel ayları ərzində rayon əhalisinin tibbi müayinəsi həyata keçirilmiş, 74744 nəfər rayon sakini müayinə cəlb edilmişdir..
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da təhsil sahəsəndə həyat keçirilən yeniliklər, yeniyetmə və gənclərin təhsilə cəlb edilməsi, yeni təhsil konsepsiyasına uyğun olaraq müasir metodların tətbiqi öz bəhrəsini verir. Belə ki, ötən altı ay ərzində Respublika fənn olimpiyadasında iştiak edən biləsuvarlı məktəblilər böyük nailiyyət əldə etmişlər. Bu olimpiada da Biləsuvarlı məktəblilər 2 qızıl, 1 bürünc medal qazanmışlar.
Rayonda Mədəniyyət sahəsindəki müsbət tendensiyalarda ötən altı ayın uğurlarından hesab oluna bilər. Ölkə prezidenti cənab İlham Əliyevin Mədəniyyət və Turizm Nazirliyi strukturunda etdiyi dəyişikliklərdən sonra yaradılan nazirliyin Biləsuvar rayon regional idarəsi öz fəaliyyətində yeniliklər etməyə çalışır. Əhalinin mədəni istirahətinin təşkili, əlamətdar günlərdə, idarənin təşkil etdiyi konsetr proqlamları, rayon dövlət rəsm Qalereyasının tədbirləri təqdirəlayiqdir. Rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin müsbət fəaliyyəti də qeyd edilməlidir. Ümumilikdə isə rayonda əhalinin asudə vaxlarının səmərəli təşkilindən, insanların, xüsusilə gənc nəslin zərəli vərdişlər aşılayan yerlərdən uzaq durmalarından, kütləvi mədəniyyətin inkişaf etdirilməsindən ötrü hələ çox işlər görülməlidir.
Rayonda əhalinin üçdə bir hissəsini təşkil edən gənc nəslin ideya-siyasi və hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi də hesabat dövründə ən çox diqqət yetirilən sahələrdən biri olmuşdur. Hesabat dövründə rayonda keçirilən bir sıra tədbirlər gənclər və yeniyetmələr tərəfindən razılıqla qarşılanmışdır. Belə ki, Rayonda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində saxlanılır, biləsuvarlı gənclər hərbi xidmətə həvəslə yola düşür, vətən qarşısındakı borclarını şərəflə yerinə yetirirlər.Gənc nəslin idmana olan marağının artırılmasını təmin etməkdən ötrü Biləsuvar şəhər Mərkəzi Stadionu təmir və bərpa edilərək əhalinin istifadəsinə verilmişdir.
Bildiyiniz kimi Respublika Prezidenti cənab İlham Əliyev 2017-ci ili respublikamızda “İslam Hərəyliyi ili” elan etmiş, bu barədə müvafiq Sərəncam imzalamışdır. Bu münasibətlə ölkəmizdə keçirilən, 57 ölkənin idmançılarının iştirakı ilə baş tutan “IV İslam Həmrəyliyi” oyunları yüksək səviyyədə, uğurla başa çatmışdır. Tolerantlıq və fərqli dünya görüşlərinə münasibətdə həmrəyliyin mövcud olduğu ölkəmiz öz unikallığı ilə bütün dünya xalqlarını heyran etmişdir. Rayonumuzda da bu ənənələrin qorunub saxlanması, insanlar arasında həmrəylik ideyaların təbliği sahəsində tədbirlər uğurla həyata keçirilir, ötən altı ay ərzində bu sahədə mövcud vəziyyət qorunub saxlanılmışdır.
İlin birinci yarısı rayonada ictimai-siyasi vəziyyət tam sabit olmuş, ölkəmizdə həyata keçirilən tədbrilər, icra olunan tarixi layihələr əhalimiz tərfindən böyük sevinclə qarşılanaraq, yüksək qiymətləndirilmişdir. Xüsusilə cənab prezidentin müvafiq sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunması bütün respublikamızda olduğu kimi rayonumuzda da böyük sevinc hissi ilə qarşılanmışdır. Rayon ictimayyəti əmindir ki, Mehriban xanım Əliyeva cənab prezidentin etimadını layiqincə doğruldacaq. Özünün indiyə qədərki fəaliyyətində olduğu kimi bundan sona da dövlətimizin və cəmiyyətimizin inkişafına yeni-yeni töhvələrini bəxş edəcəkdir.
Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısı ölkəmizin sosial-iqtisadi inkişafını hərtərəfli xarakterizə edərək demişdir: “Bu ilin 6 ayının yekunları məni sevindirir. Nazirlər Kabinetinin iclası həm də xalqa verilən hesabatdır. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvəzökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xlaqdan yuxarı tutmamalıdır. Məmur özü və ailə üzvləri təkəbbürlü davranmamalıdır. Azərbaycanda xuliqanlıqla, özübaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılacaqdır. Heç kimə heç bir güzəşt olunmur. Mənim son qərarım bunu bir daha təsdiqləyir, hamı nəticə çıxarmalıdır.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının altı ayın yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli çıxışı qarşımıza çox böyük məsuliyyət qoyur. Rayonumuzda da abadlıq, quruculuq işlərinin davam etdirilməsi, sosial infrastrukturun yenilənməsi, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi, Aqroparkların yaradılması, investorların rayonumuza cəlb edilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin açılması əsas prioritet məsələlərimiz olacaqdır. Bütün hallarda insan amili əsas götürülərək rayon əhalisinin firavan yaşamasını təmin edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, rayonumuzda əhalinin rifah halının daha da yaxşılaşdırılması, ölkə rəhbərinin tövsiyə və tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün imkanlarımızı maksimum səfərbər etməklə 2017-ci ildə də daha böyük əzmlə çalışacağıq.
Hesabat iclasında Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Rafael Quliyev, “Muğan Düyü” MMC-nin layihə rəhbəri Rövşən Əliyev, “Azərsun Holdinq” MMC-nin icraçı direktorunun müavini Bəxtiyar Səfərov və Rayon Sukanal idarəsinin rəisi Sərxoş Səidov çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.