Biləsuvarda yeni sahibkarlıq obyekti istifadəyə verildi.
6 iyul 2017-ci il tarixdə Biləsuvar rayonundakı Heydər Əliyev parkının ərazisində yeni sahibkarlıq obyekti-istirahət mərkəzi istifadəyə verildi.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq Biləsuvar rayonunda tikinti-quruculuq işləri daim davam etdirilir, yeni-yeni təhsil, səhiyyə, mədəniyyət müəssisələri tikilir, idman və sağlamlıq, istirahət mərkəzləri inşa olunur.Son dövrlərdə rayonda aparılan abadlıq və yenidənqurma işləri ilə yanaşı sakinlərə yüksək xidmət göstərən yeni müəssisələrin açılmasına da diqqətlə yanaşılır. Bu sahədə yeni ticarət obyektlərinin, xidmət müəssisələrinin bərpası və yenilərinin açılması prosesi uğurla davam etdirilir.
Bu baxımdan ən müasir standartlara uyğun olaraq inşa olunmuş, iki mərtəbəli “Rest-aran” ailəvi istirahət məkanı bundan sonra sakinlərimizə və rayonumuzun qonaqlarına mədəni xidmət göstərəcəkdir. Ümumi sahəsi 550 kvadrat metr olan müəssisədə 20 nəfər işlə təmin olunmuş və müasir standartlara uyğun avadanlıqlar quraşdırılmışdır.Mərkəzdə türk və avropa menyusu əsasında müxtəlif yemək, disert növləri və digər xidmətlər nəzərdə tutulmuşdur.
Açlış mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev qeyd edib ki, yerlərdə bu cür müasir, yüksək parametrli xidmət sahələrinin yaradılıb sakinlərimizin ixtiyarına verilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir.Bü gün sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri yaratmaları üçün hər cür şərait yaradılır və bundan sonra da yaradılacaq. Biz rayonumuzda sahibkarlığın inkişafı, yeni müasir obyektlərin yaradılması üçün sahibkarlara dəstəyimizi heç vaxt əsirgəməyəcəyik.”
M.Quliyev yeni istifadəyə verilən istirahət mərkəzinin kollektivini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı.
Açılış mərasimində çıxış edənlər “Rest-aran” istirahət mərkəzinin kollektivinə xoş arzularını bildirdilər və xeyir-düa verdilər.
Sonra istirahət mərkəzinin açılışını bildirən qırmızı lent kəsildi və “Rest-aran”a baxış keçirildi.
Tədbirdə rayon hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimayyətinin nümayəndələri iştirak etdi.