Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda tibb işçilərinin peşə bayramı qeyd olundu.

16 iyun 2017 | 16:00

16 iyun  2017-ci il tarixdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasında 17 iyun-Tibb işçilərinin  peşə bayramı günü qeyd edildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev və rayonun tibb işçiləri  iştirak etdi.
İştirakçılar əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi və onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzuladı.Bildirdi ki, ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi  və başqa geniş miqyaslı tədbirlər həyata keçirilməsi öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur.
Rayonumuzda da Mərkəzi xəstəxananın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində  yenidən qurulması, müasir avadanlıqlarla təmin olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunması, insanlarımızın mütəmadi olaraq pulsuz tibbi müayinə və müalicəsinin təşkili əhali tərəfindən böyük rəğbətlə qarşılanır.
M.Quliyev bir daha tibb işçilərini təbrik edərək onlara yeni-yeni nailiyyətlər arzuladı.
Tədbirdə  Biləsuvar rayon Mərkəzi xəstəxanasının baş həkimi Nizami Mehdizadə çıxış edərək ötən dövr ərzində rayonun səhiyyə sistemində görülmüş işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının əvvəlki binası 1974-1976-cı illərdə inşa edilib və yararsız vəziyyətə düşmüşdü.Xəstəxana binası 2013-2016-cı illərdə  aparılan əsaslı təmir və yenidənqurmadan sonra Ölkə Prezidenti cənab İlham Əliyevin xeyir-düası ilə əhalinin istifadəsinə verilmişdir.Bildirildi ki, xəstəxanada 8 şöbə fəaliyyət göstərir. Bunlar cərrahiyyə, doğum, travmatologiya, infeksion xəstəliklər, dializ, kompyuter tomoqraf olmaqla şüa-diaqnostika, intensiv terapiya və poliklinika şöbələridir. Bu tibb ocağının bütün şöbələri müasir standartlara cavab verir. Burada əhaliyə ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.Bundan əlavə bir çox kənd yaşayış məntəqələrində də yeni ambulatoriyalar və həkim məntəqələri tikilərək istifadəyə verilmişdir.
Peşə bayramları münasibətilə  bir qrup tibb işçisi fəxri fərmanlarla təltif olundu.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev xəstəxananı gəzərək burada müalicə olunan xəstələrə yaradılan şəraitə baxdı.

Keçidlər