Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon Ağsaqqallar Şurasının yığıncağı keçirildi.

09 iyun 2017 | 16:00

09  iyun 2017-ci il tarixdə   Biləsuvar rayon Heydər Əliyev Mərkəzində rayon  Ağsaqqallar  Şurasının növbəti  yığıncağı  keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Respublika Aqsaqqallar Şurasının sədr müavini Südeyib İmanverdiyev, Respublika Aqsaqqallar Şurasının aparat rəhbəri Yaqub Mehdiyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ağsaqqalları iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev rayon ağsaqqallarını salamladıqdan sonra onlara ən xoş arzularını çatdırdı.Azərbaycanın müstəqilliyi dövründə qazanılan uğurları diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı bildirdi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin apardığı siyasəti biləsuvarlılar bütün amalları ilə dəstəkləyir və daim dövlətə və dövlətçiliyə sədaqətləri ilə sübut edirlər. Bu sahədə təbii ki, həmişə ağsaqqal nüfuzuna, ağsaqqal tövsiyəsinə və təbliğatına ehtiyac yaranır.Rayonumuzun ağsaqqalları da həmişə bu sahədə aktivlik nümayiş etdirərək öz nüfuzlarından istifadə edirlər.
M.Quliyev rayon Ağsaqqallar Şurasına öz xoşməramlı missiyasında uğurlar arzuladı.
Sonra  Biləsuvar rayon Ağsaqqallar Şurasının sədri Əvəz Miriyev geniş hesabat  məruzəsi ilə çıxış  edərək ötən dövr ərzində şuranın gördüyü işlər barədə ətraflı məlumat verdi.
Rayon ağsaqqalı  Akif Kazımov,  Rayon Veteranlar şurasının sədri Məhərrəməli Kazımov,  Aşağı Cürəli kənd Ağsaqqallar Şurasının sədri Salamat Rəhimov,  RİHB-nın Biləsuvar  şəhər üzrə nümayəndəsi  Qabil Xammədov və başqaları çıxış edərək bildirdilər ki, rayonumuzda "ağsaqqal" sözü həmişə uca tutulub, bu adın şərəfini daşımaq məsuliyyətlidir. Azərbaycanda ağsaqqal sözünə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var. Xalqımızın milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Ağsaqqallar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir. Ağsaqqal saçının ağlığı ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı olan insandır.Bildirildi ki, bundan sonra da rayonun ağsaqqalları rayonumuzun ictimai-siyasi, mədəni və təsərrüfat   həyatında fəal iştirak edəcəklər.
Yığıncaqda Respublika Aqsaqqallar Şurasının sədr müavini  Südeyib İmanverdiyev çıxış edərək  respublikamızda  sosial-iqtisadi və mədəni sahələrdə aparılan quruculuq işlərindən danışdı və görülən bu işlərin xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd etdi.S.İmanverdiyev istər  Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə, istərsə də  bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ağsaqqallara göstərilən diqqət və qayğıdan danışaraq, ağsaqqalların nüfuzunun artmasını fəxrlə qeyd etdi.Natiq Biləsuvar rayon Ağsaqqallar Şurasına bundan sonrakı fəaliyyətlərində də uğurlar arzuladı.
Yığıncaqda təşkilati məsələlər müzakirə olunaraq Ağsaqqallar Şurasının 23 nəfərdən ibarət yeni tərkibi seçildi.
Tədbirin sonunda rayon ağsaqqalları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər