Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda İdeoloji işin təşkili və təkmilləşdirilməsi mövzusunda tədbir keçirildi.

06 iyun 2017 | 16:00

06 iyun 2017-ci il tarixdə   Biləsuvar rayon Heydər Əliyev Mərkəzində rayonda  İdeoloji işin təşkili və təkmilləşdirilməsi  mövzusunda  tədbir  keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dinşünaslıq Ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbirdə Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev geniş məruzə edərək bildirmişdir ki, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, möhtərəm  Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir  Azərbaycan vətəndaşı tərəfindən düzgün və dərindən dərk edilməsi həyatı zərurətə çevrilmişdir.  Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəc böyük əhəmiyyət kəsb edir.
Aydındır ki, təbliğat işinin əsas mənası onun  təsirli olmasındadır. Ölkəmizin inkişafının təmin edilməsi, əhalinin məşğulluğunun artırılması, maddi rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlər ideoloji işin əsas bazasını təşkil edir. Cəmiyyətimizin sosial iqtisadi və mədəni inkişafının yüksək səviyyəsi təbliğat işinə yeni yanaşmanı, onun səmərəliliyinin artırılması, uslub və metodlarının təkmilləşdirilməsini şərtləndirir.
İclasda M.Quliyev qeyd etdi ki, ötən həftə bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin  Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən müşavirədə yerlərdə ideoloji işin səmərəliliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilmiş, onların icrası istiqamətində konkret tapşırıqlar verilmişdir.
Müşavirədə qeyd edilmişdir ki, dünyada davam edən iqtisadi və maliyyə böhranı fonunda Ölkə Prezidetni cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı davamlı və ardıcıl şəkildə inkişaf etməkdədir.  Dövlət başçısı cənab İlham Əliyevin imzaladığı bir sıra mühüm sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları iqtisadiyyatın bütün sahələrində, xüsusilə qeyri-neft sektorunda böyük  canlanmaya səbəb olmuşdur
Bütün bunlar dövlətimizin həyata keçirdiyi hərtərfəli inkişaf konsepsiyasının nəticəsidir.
Bu bir daha onu  göstərir ki, cənab Prezidentin apardığı siyasət insan amilinə söykənir, Azərbaycan vətəndaşının mənafeyi hər şeydən üstün tutulur.
Ölkə Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi qərarların, atılan addımların, həyata keçirilən iqtisadi islahatların mahiyyəti əhaliyə tam dəqiqliyi və düzgün çatdırılanda müvəffəqiyyət demək  olar ki, təmin edilmiş olur.
Buna görə də həyata keçirilən belə tədbirlərin mahiyyətinin əhaliyə tam dolğunluğu ilə çatıdırlması prioritet məsələlərdən biridir.
M.Quliyev çıxışında qeyd etdi ki, rayonumuzda  aparılan ictimai-siyasi və ideoloji işdən əhalinin ideya-siyasi çəhətdən yetginləşməsində, hər bir insanda fəal həyat mövqeyinin formalaşmasında səmərəli istifadə olunmasına diqqət daha da artırılmalıdır. Yerlərdə, hər bir yaşayış məntəqəsində ictimai-siyasi vəziyyətə təsir göstərən amillər diqqətlə öyrənilməli, ətraflı təhlil olunmalı, lazımi tədbrilər görülməlidir. Bu işdə ziyalıların, gənclərin, fəal qadınların, ictimai təşkilatların qüvvəlrəindən səmərəli istifadə olunmalıdır.Bu sahədə Ulu öndərin zəngin irsinin dərindən öyrənilməsində  Heydər  Əliyev Mərkəzinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Burada fəaliyyət göstərən dərnək, məşğələ, klublarda gənc  iştirakçıların sayının durmadan artması çox sevindirivi haldır.
Çıxışının sonunda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında keçirilən müşavirə bir daha göstərdi kİ, yerlərdə ictimai-siyasi və təbliğat işinin daha da gücləndirilməsi və səmərəli qurulması sahəsində hələ çox iş görülməli, bu istiqamətdə bütün  qüvvələr maksimum səfərbərliyə alınmalıdır. Həmin müşavirdə irəli sürülən tövsiyələr, verilən tapşırılar hər birimizin gündəlik fəaliyyətində əsas yer tutmalıdır.
Tədbirdə Biləsuvar İcra  Hakimiyyətinin  başçısının müavini Xəyalə  Qəmbərova, Dini  işlər  üzrə  Dövlət  Komitəsinin dinşünaslıq  ekspertiza  şöbəsinin  müdiri Nahid  Məmmədov, rayon Təhsil  şöbəsinin  müdiri Balaqardaş  Kazımov, Bilik  Fondunun  rayon  üzrə  nümayəndəsi  Əli  Əliyev, Biləsuvar  Regional  Mədəniyyət  İdarəsinin  Biləsuvar rayonu  üzrə  təmsilçisi Rəfiqə  Cəfərova, Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova və digərləri çıxış edərək  rayonda ideoloji işin, xüsüsilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışdılar.
Sonda Respublika fənn olimpiadasında birinci yeri tutmuş Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksinin iki şagirdinə qızıl medalları, Xırmandalı kənd 1 saylı tam orta məktəbin şagirdinə isə bürünc medalı təqdim olundu.

Keçidlər