Biləsuvar rayonunda “Sülhü tərənnüm edən İslam” mövzusunda dəyirmi masa keçirildi.
17 may 2017-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Muzeyində keçirilən tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Sudan Respublikasının Azərbaycandakı səfirinin müavini Muhammed Elballa Osman, səfirin müşaviri Əbu Əl Qasim Delef Allah, Misir Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami, Birləşmiş Ərəb Əmirliyinin Azərbaycandakı səfirliyinin Administrativ və finans üzrə nümayəndəsi Abdul Hakim Əl Şəmsi, Səudiyyə Ərəbistanının və Fələstin Dövlətinin Azərbaycandakı səfirliklərinin nümayəndələri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri və KİV nümayəndələri iştirak etdi.
İştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoyduqdan sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün möhtərəm Prezident cənab İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulmuşdur. Artıq ölkəmizdə ənənə halı almış, gündəlik həyat tərzinə çevrilmiş tolerantlıq və multukultural dəyərlər bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir
M.Quliyev qeyd etdi ki, İslam dini ilə maraqlananlar çox yaxşı bilirlər ki, bu dinin prinsipləri sülhü, əmin-amanlığı, ətrafla xoş münasibəti təbliğ etməkdir. İslamın sülh dini olması onun adından da məlumdur. Çünki “İslam” sözünün “sülh” mənası da vardır.Lakin dünyanın bəzi güc dövlətləri müsəlman ölkələrini qarışdıraraq müxtəlif hərbi qruplaşmalar yaradır və onları silahlandıraraq dinc müsəlmanları qırdırırlar.Sonda isə bütün bu iyrənc əməllərini yenə də müsəlmanların üzərinə qoyurlar.Hər bir müsəlman ölkəsi öz hüquqlarını qorumağı bacarmalı və bir-birinə dəstək olmalıdır.Bu sahədə Olkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət öz bəhrəsini verir.2016-cı il ölkəmizdə “Multikultralizm ili”, 2017-ci il isə “İslam həmrəyliyi ili” elan edilmişdir.Ölkəmizdə "İslam Həmrəyliyi İli"nin elan olunması İslam dünyasına, eləcə də bütün dünyaya bir mesajdır. Uzun illərdir ki, dünyada məqsədyönlü şəkildə islamofobiya hökm sürür, İslam ölkələrinin əleyhinə kampaniya aparılır. Məhz bu kampaniyalara qarşı siyasən yürüdən Ölkə Prezidenti İslam Həmrəyliyi oyunlarının keçirilməsinə qərar verdi. Bu mənada İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın İslam həmrəyliyi sahəsində həyata keçirdiyi dövlət siyasətinin birbaşa davamı, idman sahəsində məntiqi nəticəsidir.İslam həmrəyliyi müsəlman ölkələri arasında siyasi, iqtisadi, mədəni-texniki, humanitar sahələrdə həmrəyliyi, ümumiyyətlə, beynəlxalq münasibətlər sferasına daxil olan bütün sahələrdə həmrəyliyi özündə birləşdirir.Ölkə başçısı var qüvvəsilə çalışır ki, hər bir müsəlman ölkəsində sülh, əmin-amanlıq və sabitlik olsun.Dünyanın harasında yaşamasından asılı olmayaraq müsəlma ailəsi dinc yaşasın.
Tədbirdə çıxış edən qonaqlar islam dininin mahiyyətindən danışdılar və dünyanın bir çox ölkələrində islama və müsəlmanlara qarşı aparılan məkrli kampaniyalar barədə ətraflı məlumat verdilər.Bildirildi ki, hər bir müsəlman ölkəsi Azərbaycan dövləti kimi islamı qorusa və digər müsəlman ölkələri ilə həmrəylik nümayiş etdirsə bu gün müsəlman ölkələrinin bir çoxunda yaşanan qanlı toqquşmalar, vətəndaş müharibələri bəlkə də olmazdı.Sonda səmimi görüş üçün təşəkkürlərini bildirən qonaqlar Biləsuvar rayonunun bir çox yerlərində oldular.