Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının IX konfransı keçirildi
11 may 2017-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının IX konfransı keçirildi.
Konfransda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Milli Məclisin deputatları Hadı Rəcəbli, Mirkazım Kazımov, YAP Biləsuvar rayon ərazi ilk partiya təşkilatının sədrləri və konfrans nümayəndələri iştirak etdi.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sonra YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev hesabat məruzəsi ilə çıxış edərək ötən konfrans müddətində gördükləri işlər barədə ətraflı məlumat verdi.K.Mirzəyev bildirdi ki, Yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilmişdir. Partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, Ümummilli Lider Heydər Əliyev olmuşdur. Bu gün Partiyanın nüfuzu daha da yüksəlir çünki ki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.Respublikamızda ilk rayon təşkilatlarından olan YAP Biləsuvar rayon təşkilatı 1993-cü ilin yanvar ayının 12-də öz təsis könfransını keçirib. Ötən müddət ərzində YAP Biləsuvar rayon təşkilatı böyük inkişaf yolu keçmişdir. Hal-hazırda rayon təşkilatı öz ətrafında 70 ərazi ilk partiya təşkilatını birləşdirir. Bu gün təşkilatının üzvlərinin sayı 5069 nəfərdir. YAP Biləsuvar rayon təşkilatı öz sıralarını daim genişləndirərək Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən daim ləyaqətlə gəlmiş və bundan sonra da var qüvvəsi ilə çalışacaqdır.
Milli Məclisin deputatları Hadı Rəcəbli və Mirkazım Kazımov konfransda çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiyanın gördüyü işlər, keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş nitq söylədilər.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev konfransda çıxış edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilmişdir. Partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyev olmuşdur. Bu gün Partiyanın nüfuzu daha da yüksəlir çünki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir. Prezident İlham Əliyevin partiyaya rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirilərək partiyanın siyasi gücü əhəmiyyətli dərəcədə artıb və ölkənin siyasi mühitinin hakim təşkilatına çevrilib.
Konfransda çıxış edənlər YAP-ın və müasir Azərbyacan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, Yeni Azərbaycan Partiyasının böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilir.
Konfransda Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilib, rayon təşkilatının yeni tərkibdə Şurası və İdarə Heyəti seçilib. Kamil Mirzəyev yenidən YAP Biləsuvar rayon təşkilatının sədri seçilib.
Konfrans istirakçıları adından Azərbaycan Respublikasının Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarına müraciət ünvanlandı.