Biləsuvar rayonunun Əliabad kəndinə çəkilən avtomobil yolu istifadəyə verildi.
10 may 2017-ci il tarixdə Biləsuvar rayonunun Əliabad kəndinə çəkilən avtomobil yolu əsaslı təmir və yenidənqurmadan sonra əhalinin istifadəsinə verildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon aktivi və kənd əhalisi iştirak etdi.
Yolun açılışında çıxış edən İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev kənd əhalisini təbrik etdi. Bildirdi ki, Əliabad kəndi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğulub boya-başa çatdığı kənddir.Bu kənddə və digər kəndlərinizdə də insanlarımızı narahat edən heç bir problem olmamalıdır.Son illər Ölkəmizin başçısı İlham Əliyev cənablarının qayğısı və birbaşa köməkliyi sayəsində rayonumuzun infrastrukturunda əsaslı işlər aparılmış, yeni-yeni təhsil, səhiyyə ocaqları inşa olunmuş, əhəmiyyətli magistral yollar tikilmişdir.Bu kəndin yeni inşa olunan avtomobil yolu da cənab Prezidentimizin rayonumuza, Əliabad kəndinin sakinlərinə göstərdiyi qayğının bariz nümunəsidir.Uzun müddət istifadə olunduğu üçün yol yararsız vəziyyətə düşmüşdü.İnsanlar bu yoldan istifadə zamanı əziyyət çəkirdilər.İndi isə burda yeni inşa olunan yol müasir tələblərə cavab verməklə yol kənarlarında abadlıq və təmizlik işləri aparılmış, yol nişanları dəyişdirilmiş, körpü və sukeçirici qurğular yenilənmişdir.Yolun üzünluğu 2 km olmaqla eni 5-6 metrdir.Bu yoldan kəndə Milli Qəhrəmanımızın evini ziyarətə gələn qonaqlarımız da rahatlıqla istifadə edəcəkdir.
Sonra M.Quliyev bu açılışın Ümummilli Liderimiz Heydər Əliyevin doğum gününə təsadüf etməsini qeyd edərək bildirdi ki, Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə daima ölkəmizin, hər bir rayonumuzun, kəndimizin abad olması, insanlarımızın rahat yaşaması üçün bütün qüvvəsini sərf etmişdir.Bu gün insanlar üçün yaradılan hər bir şərait məhz Ulu öndərin bizə qoyub getdiyi tövsiyyədir.Bundan sonra da çalışacağıq ki bütün kəndlərimizdə insanların problemləri öz həllini tapsın.
Sonra M.Quliyev yolun tikintisini aparan insanlara öz təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürlərini bildirdilər.
Sonda yolun açılışını bildirən qırmızı lent kəsildi.