Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda aprel döyüşləri zamanı şəhid olmuş əsgərlərin xatirəsi ehtiramla anıldı

04 aprel 2017 | 16:00

4 aprel 2017-ci il tarixdə Biləsuvar rayon Səmədabad kəndində aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan  əsgər Novruzov Fəraim Nadir oğlunun xatirəsi ehtiramla anıldı.Fəraim Novruzov 4 aprel 2016-cı il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin  torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Azərbaycan ordusunun zabitləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etdilər.
Mərasimdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev  şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş  Fəraim Novruzovun xatirəsinin biləsuvarlıların qəlbində həmişə yaşayacağını bildirdi.
M.Quliyev Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı tarixi qələbədən danışaraq bildirdi ki, bu qələbə nəticəsində bütün dünya ordumuzun gücünü, qüdrətini hiss etdi.Ermənistan müharibə başlayacağı zaman onun necə bir güclü ordu ilə qarşılaşacağını dərk etdi.Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuz dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Bizim ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı.
Xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daima dərin hörmətlə anacaqdır. Məhz bu qələbənin nəticəsində ordumuz bir sıra strateji yüksəklikləri və yaşayış məntəqəsini düşməndən azad etməklə üstünlüyü təmin etdi.Bu gün işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə abadlıq və quruculuq işləri aparılır.Əlbəttə bu böyük qayıdışın başlanğıcıdır.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bir daha  torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət diləyərək, ailələrinə başsağlığı verdi.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezident İlham Əliyev cənablarına  minnətdarlıqlarını bildirərək, dövlətimizin başçısı tərəfindən aparılan siyasət nəticəsində tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə inandıqlarını bildirdilər.
Sonra əsgər Novruzov Fərahim Nadir oğlunun məzarı ziyarət olundu.

Keçidlər