Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon icra Hakimiyyətində Saatlı rayonunda pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsində Ölkə Prezidentinin nitqindən irəli gələn vəzifələrin icrasına dair müşavirə keçirildi.

03 aprel 2017 | 16:00

3 aprel  2017-ci il tarixdə Biləsuvar rayon icra Hakimiyyətində  Saatlı rayonunda pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsində Ölkə Prezidentinin nitqindən irəli gələn vəzifələrin icrasına dair müşavirə keçirildi.

Müşavirədə  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov,  rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri, icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri və mülkiyyətçilər iştirak etdi.

Biləsuvar  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev iclasda çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 28 mart 2017-ci il tarixdə  Saatlı rayonunda keçirilən Pambıqçılığın inkişafına dair müşavirədə cənab Prezident bu sahənin ölkəmizin inkişafı üçün çox önəmli bir sahə olduğunu qeyd edərək, respublikamızda pambıqçılığın inkişaf etdirilməsini qarşımıza konkret vəzifə olaraq qoymuşdur. Dövlət başçısı qeyd  etmişdir ki, Azərbaycanda  pambıqçılığın qədim ənənələri vardır.Pambıqçılığın ən surətli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmuş, onun təşəbbüsü  və rəhbərliyi ilə ölkədə pambıq istehsalı 800 min-1 milyon tona qədər gəlib çatmışdır. Respublikamız müstəqilik qazandıqdan sonra ölkənin kifayət qədər maliyyə imkanlarının olmaması bu sahədə də müəyyən geriləmələrə səbəb olmuş, nəticədə pambıq əkini sahələri azalmışdır.

Dövlət başçısı respublika müşavirəsində 2016-cı ilin pambıqçılığın inkişafında dönüş ili olduğunu vurğulamaqla ötən il  51 min hektardan  90 min tona yaxın məhsul götürüldüyünü qeyd etdi. Bu, 2015-ci illə müqayisədə üç dəfə çox məhsul demək idi.

Pambıqçılığın ölkə iqtisadiyyatındakı üstünlüklərini qeyd edən M.Quliyev bildirdi ki: “Pambıqın satışı bir tərəfdən ölkəmizə  valyuta gətirir digər tərəfdən də  pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir. Eyni zamanda pambıqçılıq əməktutumlu kənd  təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa  10 minlərlə insan cəlb edilmişdir. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxsləri yaxşı bilirlər ki, bu gün bu rayonlarda işləmək istəyən özü üçün iş tapa bilər...”

Biləsuvar rayonunun pambıqçılıq sahəsində ənənələri olan kənd təsərrüfatı rayonu olduğunu qeyd edən İcra Hakimiyyətinin Başçısı  bildirdi ki, son illər ölkə Prezidenti   cənab İlham Əliyev tərəfindən pambıqçılığın  inkişafı ilə bağlı tapşırıq və tövsiyələrə uyğun  olaraq rayonumuzda da pambıqçılıq sahəsində kompleks tədbirlər həyata keçirilməsinə başlanmışdır.

Pambığın alış qiymətinin artırılması, mülkiyyətçilərə toxum, gübrə alınmasında,  aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 sentyabr 2016-cı il tarixdə imzaladığı “Pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında” Sərəncamı ilə hər kiloqram xam pambığa görə istehsalçılara 0,1 manat subsidiyaların verilməsi rayonumuzun zəhmətkeşlərində böyük ruh yüksəkliyi yaratmış, bu sahəyə olan marağını artırmışdır.

Ötən il  rayonda fəaliyyət göstərən “CTS Aqro” MMC  tərəfindən 198 mülkiyyətçi ilə 1650 hektar sahədə, “MKT ” MMC tərəfindən 570 mülkiyyətçi ilə 2632 hektar sahədə, “Aqromaster” MMC tərəfindən isə 113 hektar sahədə müqavilə bağlanaraq pambıq əkini aparılmışdır.  Bundan əlavə  “CTS Aqro” MMC-nin təcrübə sınaq təsərrüfatı tərəfindən 1405 hektar sahədə yüksək reproduksiyalı pambıq toxumu əkilmiş, 240 hektar sahədə  isə mülkiyyətçilər öz təşəbbüsləri ilə müqaviləsiz əkin aparmışlar. Ümumiyyətlə, 2016-cı ildə rayon üzrə 6040 hektar sahədə pambıq əkilmişdir.

Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində  yerli  icra nümayəndəlikləri, bələdiyyələr, pambıq mülkiyyətçiləri və digər əlaqədar təşkilatlar çiyid səpinindən başlamış yetirşdirilmiş pambığın itkisiz və qısa müddətdə toplanmasını təmin etmək məqsədilə bütün qüvvələrini səfərbərliyə almışlar. Məhsul toplanışı dövründə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq mülkiyyətçilərimiz demək olar ki, əsl fədakarlıq göstərmişlər.Pambıq əkini, becərmə və məhsul toplanışı dövründə rayon İcra Hakimyyəti yanında yaradılmış Qərargah səmərəli fəaliyyət göstərmişdir. Qərargahın müntəzəm olaraq yığıncaqları  keçirilmiş, vəziyyət təhlil olunmuş,  qarşıya çıxan problemlərin həlli istiqamətində operativ tədbirlər  görülmüşdür. Gərgin zəhmət nəticəsində rayon üzrə 12062 ton pambıq tədarük edilərək təhvil verilmişdir. Ümumi məhsuldarlıq 20 sentner olmuşdur. Ayrı-ayrı mülkiyyətçilər tərəfindən daha yüksək məhsuldarlıq əldə edilmişdir. 2016-cı ildə rayonda pambıq əkininin genişləndirilməsi nəticəsində 12 min nəfər işlə  təmin olunmuş və pambıq tədarükündən ailə üzvlərinin sayı 4 min nəfərə  yaxın olmaqla, 800 nəfər mülkiyyətçi 2.4 milyon manat gəlir əldə etmişdir.

Ölkə rəhbərliyi tərəfindən pambıqçılığın inkişafına verilən dəstək rayonumuzun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaratmışdır. Biləsuvar şəhər, Səmədabad, Nəsimi, Ağalıkənd, Nərimankənd, Bəydili kənd icra nümayəndəliklərində olan mülkiyyətçilər ilk gündən bu işdə fəallıqları ilə seçilmiş, yaxşı nəticələr əldə etmişlər.

Biləsuvar şəhərindən olan mülkiyyətçilər 100,9 ton, Nəsimi kəndindən olan mülkiyyətçilər 996 ton, Ağalıkənd kəndindən olan mülkiyyətçilər 928 ton, Səmədabad kəndindən olan mülkiyyətçilər 600 tondan çox pambıq toplayaraq emal müəssisələrinə təhvil vermişlər. Hər hektardan məhsuldarlıq Biləsuvar şəhəri üzrə 25.1 sentner, Bəydili kəndi üzrə 28.5 sentner, Ağalıkənd kəndi üzrə 24.1 sentner, Nəsimi kəndi üzrə 22.2 sentner, Zəhmətabad kəndi üzrə 22.5 sentner olmuşdur.

M.Quliyev çıxışında bildirmişdir ki, 2016-cı ildə məhsul toplanışına və tədarükünə görə rayonumuzun respublikada birincilər sırasında olması mülkiyyətçilərimizdə öz qüvvələrinə böyük inam yaratmışdır. Əldə olunan uğurlardan ruhlanan mülkiyyətçilərimiz qədəm qoyduğumuz 2017-ci ildə 11 min hektarda pambıq əkini aparmağı qarşılarına məqsəd qoymuşlar. Pambıq emalı müəssisələri ilə bağlanmış müqavilələr  nəticəsində pambıq əkiləcək sahələrdə keyfiyyətli şum aparılmış, digər aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə həyata keçirilmiş, sahələr  pambıq əkini üçün tam hazır vəziyyətə gətirilmişdir. Göstərilən qayğı və diqqətdən ruhlanan pambıqçılarımız bu il 27 min tondan çox pambıq istehsal etməyi  qarşılarına məqsəd qoymuşlar. Bu isə öz növbəsində 22 min iş yeri, 10 milyon manata yaxın gəlir, 3 milyon manata yaxın subsidiya deməkdir.

Bundan əlavə olaraq Ölkə Prezidentinin dövlət  fonduna aid olan torpaq  sahələrindən daha səmərəli istifadə etmək barədə  tapşırığına uyğun olaraq rayonumuzda da 17 min hektardan çox əkinə yararlı qış otlaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi işləri artıq başa çatmaq üzrədir. Həmin torpaq sahələrində yaradılacaq 2 Aqroparkda növbəli əkin sistemi ilə digər bitkiçilik növləri ilə yanaşı, pambıq əkini də aparılacaqdır. Bütün bunlar isə rayonumuzda aqrar sahənin inkişafında, əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayacaqdır.

Müşavirədə  Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Rafael Quliyev, “MKT İK” MMC Biləsuvar filialının direktoru Qulamhüseyn Əliyev, Suvarma Sistemləri idarəsinin rəisi Ədalət Babayev, Biləsuvar şəhər icra nümayəndəsi   Qabil Xammədov, Nərimankənd kənd icra  nümayəndəsi Asif Ağamalıyev, fermerlərdən Nizami Bəşirov, Əliheydər Rəsulov çıxış edərək rayonda bundan sonra da pambıqçılığın inkişafı ilə bağlı  görülən işlərdən danışdılar və növbəti əkin zamanı qarşıya çıxacaq problemlər müzakirə olundu.

Sonra  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   dəstəyi və rəhbərliyi ilə  ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və əkin sahələrinin genişləndirilməsi nəticəsində insanlarımızın  sosial rifahı daha da yaxşılaşacaq, əlavə 200 min iş yeri yaranacaq və ölkəmizə xarici valyuta axını olacaqdır. H.Əzənmədov bildirdi ki, Cənab Prezident müşavirədəki proqram xarakterli çıxışlarında  bu sahəyə göstərdiyi diqqəti bir daha vurğulayaraq qeyd etmişdir ki, “Bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olmuşdur. Keçən il qısa müddət ərzində çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur.Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilmişdir. Ən müasir texnika alınıb, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar, hər şey hazırdır. Əlbəttə ki, bu il biz daha da böyük məhsul gözləyirik.

Çıxışının sonunda H.Əzənmədov  rayonda pambıq əkininin başlanması münasibətilə mülkiyyətçilərə uğurlar arzuladı.

 

Keçidlər