Biləsuvar rayonunda növbəti ağacəkmə aksiyası keçirildi
30 mart 2017-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda növbəti ağacəkmə aksiyası keçirildi.
Aksiyada rayon icra hakimiyyətinin, idarə, müəssisə, təşkilatların, icra nümayəndəliklərinin və bələdiyyələrin kollektivləri aktiv şəkildə iştirak etdi.
Növbəti ağacəkmə aksiyası əsasən yeni inşa olunmuş Əsgərabad-Muğan-Çaylı avtomobil yolu kənarlarında aparıldı.Ərazidə xan çinarı, şam və digər ağaclar əkildi, ağaclar suvarıldı. Bundan əlavə ərazi alaq otlarından təmizlənərək ağaclarda əhəngləmə işləri aparıldı.
Rayonda yaz fəsli boyu davam edəcək ağacəkmə kompaniyası çərçivəsində Biləsuvar şəhərində və kəndlərdə münlərlə müxtəlif növ ağacların və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.