Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu.

27 mart 2017 | 16:00

27 mart 2017-ci il tarixdə  Biləsuvar rayonunda  Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, DTX-nin Biləsuvar  rayon şöbəsinin əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri  iştirak etdi.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər qoydu, əziz xatirəsi yad edildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının təbrik məktubu oxunduqdan sonra   rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev respublikamızın  Dövlət Təhlükəsizliyi Xidməti orqanlarını,  o  cümlədən    rayon  şöbəsinin  bütün  əməkdaşlarını  peşə bayramları  münasibətilə  səmimi  qəlbdən   təbrik  etdi və  onlara  cansağlığı,  çətin  və   şərəfli  işlərində  yeni-yeni  uğurlar  arzuladı. Bildirdi ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, keçmişin ən ümdə şanlı dəyərlərini özündə əks etdirməklə gələcəyə hesablanmış uğurlu dövlətçilik strategiyası bu gün müstəqil ölkəmizdə bütün sahələrdə olduğu kimi,  dövlət  təhlükəsizlik istiqamətində də  layiqli şəkildə davam etdirilməkdədir.
M.Quliyev bildirdi ki, Ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən Respublikamızda dövlət təhlükəsizliyinin qorunması istiqamətində atılan uğurlu addımların  nəticəsində Azərbaycan hazırda regionun lider ölkəsinə çevrilib. Bu yönümdə əsas qarant olan sabitlik və təhlükəsizliyin etibarlı qorunmasında dövlət  təhlükəsizlik orqanlarının öz layiqli rolu və xidmətləri vardır.
Tədbirdə DTX-nin Biləsuvar rayon şöbəsinin rəisi Ramil Bəndəliyev   çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi

 

Keçidlər