Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Biləsuvar məktəbliləri növbəti ekskursiyaya yola düşdülər.

23 mart 2017 | 16:00

23 mart 2017-ci il tarixdə Biləsuvar rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində  Quba-Qusar-Xaçmaz rayonlarına 4 gunlük ekskursiyaya  yola salındılar.
Yola salınma mərasimində Biləsuvar rayon icra Hakimiyyətinin Başçısı Mahir Quliyev, aidiyyatı təşkilat rəhbərləri, valideynlər və KİV nümayəndələri  iştirak etdi.
Mərasimdə  çıxış edən  Biləsuvar rayon icra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, maarifləndirici tur-aksiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirilir. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaqdır.
M.Quliyev  səfər  çərçivəsində şagirdlərə tanış olacaqları şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini  dərindən öyrənmələrini tövsiyyə etdi və  xoş istirahətlər arzuladı.
  Tur çərçivəsində şagirdlər  bu rayonların tarixi və görməli yerləri ilə tanış olacaq, bir çox tarixi və mədəniyyət obyektlərinə  ekskursiya edəcək, təşkil olunacaq intellektual oyunlar və musiqili proqramlarda iştirak edəcəklər.
Şagirdlər səfər çərçivəsində  nəzərdə tutulan bütün xidmətlərlə pulsuz  təmin olunacaqlar.

Keçidlər