Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla səyyar qəbulu və görüşü keçirildi.
01 mart 2017-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu və görüşü keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Aşağı Cürəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi Aşağı-Cürəli və Muğan kəndləri daxildir. Aşağı Cürəli kəndi rayonun cənub-şərq, Muğan kəndi isə rayonun cənub istiqamətində yerləşir. Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Əsgərabad, Dərvişli Amankənd, Ağalıkənd və Yuxarı Ağalı kəndləri ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 796 təsərrüfat, 3486 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 1 tam orta məktəb, 1 əsas məktəb, 1 müasir tələblərə cavab verən həkim ambulatoriyası, 1 klub, 1 poçt, 2 kitabxana fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür.Ölkə Prezidentinin Sərəncamı ilə kəndin mərkəzi avtomobil yolu asfaltlaşdırılmış, yeni təbii qaz xətləri çəkilmiş, 450 şagird yerlik yeni məktəb binası, tibb məntəqəsi və poçt binası inşa olunmuş, elektrik təsərrüfatı yeniləşdirilmiş, “Modul” tipli su durulducu qurğu quraşdırılmış, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir. Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
Tədbirdə Aşağı Cürəli kənd İcra nümayəndəsi Qalib Bağırov çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi.
Kənd sakinləri S,İsgəndərov, B.Əzizov, N.Haciyev,S.Rəhimov və başqaları çıxış edərək Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirdilər və görülən bu abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdilər.
Qəbulda rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirərək, respublikamızda və rayonumuzda həyata keçirilən işlər barədə danışdı. Qeyd etdi ki, dünyada baş verən iqtisadi və siyasi böhranlara, müharibələr baxmayaraq Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü ardıcıl və balanslaşdırılmış siyasət nəticəsində respublikamız uğurla inkişaf edir, insanlarımızın sosial problemləri daim diqqət mərkəzində saxlanılır.Bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda da insanlarımızın həyat şəraitini yaxşılaşdırmaq məqsədilə müxtəlif sahələrdə tikinti-abadlıq işləri aparılır, yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir.Aqrar sahənin inkişaf etdirilməsi, kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşımıza qoyduğu tapşırıqlar uğurla icra olunur. 2016-cı ildə rayonumuzda 6040 hektar sahədə pambıq bitkisi əkilmiş və 12062 ton məhsul toplanmışdır. Bu da müvafiq dövrün göstəriciləri ilə müqayisədə 2 dəfə artım deməkdir. Bu müddət ərzində 12 min nəfər işlə təmin olunmuş və pambıq tədarükündən ailə üzvlərinin sayı 4 min nəfərə yaxın olmaqla 800 nəfər mülkiyyətçi 2.4 milyon manat gəlir əldə etmişdir.Bu il rayonumuzda 11 min hektar sahədə pambıq əkilməsi planlaşdırılır.Bununla bağlı qarşıya çıxan çətinliklər vaxtında həll olunmalı və mülkiyyətçilər hər hansı bir problemdən əziyyət çəkməməlidir.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalinin firəvan yaşaması, iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan 5 məsələnin həlli ilə bağlı aidiyyəti qurumlara yerindəcə tapşırıqlar verdi və icrası nəzarətə götürüldü.