Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bəydili kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir

07 dekabr 2012 | 16:00

Bəydili kəndi rayonun şimal-qərb istiqamətində yerləşir. Bəydili inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Xırmandalı,Əliabad, Zəhmətabad,Əsgərabad kəndləri və Biləsuvar şəhəri ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 1391 təsərrüfat, 6110 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 1 tam orta məktəb, 1 müasir tələblərə cavab verən həkim ambulatoriyası, 1 Mədəniyyət evi, 1 kitabxana və poçt şöbəsi fəaliyyət göstərir.
Dekabrın 5-də Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev Bəydili kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir. Görüşdə kənd sakinləri A.Cəfərov, İ.Kərimov,Q.Bağırov,A.Həsənov,B.Fərəcov və başqaları çıxış edərək ölkədə, rayonda və kənddə gedən quruculuq abadlıq işlərindən danışmışlar. Görülmüş bütün abadlıq və quruculuq işlərinə görə Respublikamızın Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.Onlar ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin kəndlərimizə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirmişlər.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Bəydili inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, 2 km məsafədə kənddaxili yol asfaltlaşdırılmış, 15 km kəndaxili yol isə qum-çınqıl qarışığı ilə təmir olunmuşdur.Kənd ərazisində bələdiyyə tərəfindən park salınmış, müasir tələblərə cavab verən həkim amubatoriyası tikilmiş, şəhidlərin adının əbədiləşdirilməsi məqsədilə abidə kompleksi tikilmiş, yeni yaşayış massivində 250 evin əsas təbii qaz xətləri çəkilmişdir. Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Vətəndaşların hər bir tələb və müraciəti dərhal nəzarətə götürülür, icrası barədə aidiyyəti üzrə tapşırıq verilir
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki,ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində ölkəmiş yüksək sosial-iqtisadi inkişafa nail olmuş. Bunun nəticəsidir ki, bütün kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir.Kəndlərdə kənddaxili yollar təmir edilir, qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir. Bu gün Bəydili kəndində qazlaşma işi başa çatmaq üzrədir, əhali fasiləsiz təbii qaz və elektrik enerjisindən istifadə edir.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Bəydili kənd əhalisin problemlərini dinlədi..və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını.
 

Keçidlər