Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

10 fevral 2017 | 16:00

10 fevral 2017-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev  Mərkəzində Biləsuvar rayonunda 2016-cı ilin  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat iclasında  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdi.
İştirakçılar əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular. Sonra   rayonun sosial-iqtisadi, mədəni  və aqrar sahədəki inkişafını əks etdirən sərgiyə və rayon sakinləri üçün təşkil edilmiş ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkasına   baxış keçirildi.
Yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev  ötən 2016-cı ildə rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verdi.
M.Quliyev bildirdi ki, əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də Biləsuvar rayonunda istər sosial-iqtisadi, mədəni inkişaf sahəsində, istər də abadlıq-quruculuq sahələrində işlər davam etdirilmiş, nailiyyətlər əldə olunmuşdur.
2016-cı ilin sentyabr ayının 3-də rayona səfər edən ölkə başçısı rayonda görülən işlərlə tanış olmuş, əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi rayon xəstəxanasının və 10 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 6 kilometr olan  Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun açılışlarını etmişdir.
Nazirlər Kabinetinin iclasındakı nitqində və cənab İlham Əliyevin rəhbərliyi ilə 30 yanvar 2017-ci il tarixdə keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı aqrar  sahənin ölkəmizin inkişafı üçün çox önəmli bir sahə olduğunu qeyd edərək, respublikamızda pambıqçılığın inkişaf etdirilməsini konkret vəzifə olaraq qarşımıza qoymuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  pambıqçılığın  inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Biləsuvar rayonunda da kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Rayonda 2015-ci ildə  əkilən 3095 hektar sahədən 6362 ton  pambıq yığılmışdırsa, 2016-cı ildə   6040 hektar sahədə pambıq əkilmiş və   12062 ton məhsul toplanmışdır. Bu da müvafiq dövrün göstəriciləri ilə  müqayisədə 2 dəfə artım deməkdir. Bu müddət ərzində 12 min nəfər işlə təmin olunmuş və  pambıq tədarükündən ailə üzvlərinin sayı 4 min nəfərə yaxın olmaqla 800 nəfər mülkiyyətçi  2.4  milyon manat gəlir əldə etmişdir. 2016-cı ildə istehsal olunan 12062 ton pambığa görə  721 nəfər  mülkiyyətçi  1.2 milyon  manat həcmində subsidiya alacaqdır.
2017-ci ildə rayonumuzda 10500 hektar sahədə pambıq əkininin aparılması üçün hazırlıq işlərinə başlanılmış və pambıq emalı məntəqələri ilə 10 min hektardan çox müqavilə bağlanmışdır. Hesabat gününədək müqavilə bağlanmış sahələrdə 8 min hektardan çox şum vurulmuşdur.
Nazirlər Kabinetinin iclasında cənab Prezidentin  səmərəsiz istifadə olunan on min hektarlarla  örüş torpaqlarından  səmərəli  şəkildə istifadə olunması ilə bağlı  tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda da bu istiqamətdə işlərə başlanılmışdır.Dövlət Fonduna aid 5 ayrı-ayrı massivdə yerləşən, ümumi sahəsi  17136  hektar əkinə yararlı qış otlaq sahəsinin  təyinatının dəyişdirilərək kənd təssərrüfatı məhsullarının əkilməsi məqsədilə əkin dövriyyəsinə cəlb edilməsi və ərazinin suvarılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektorların qazılması işlərinə başlanılmışdır.İlkin mərhələdə 2 Aqroparkın yaradılması nəzədə tutulmuşdur ki, bu aqroparklardan  biri 5000 hektar ərazini, digəri isə 1000 hektar ərazini əhatə edir.
1000 hektar sahədə salınan aqroparkın ərazisində hazırda  30,5 min kub metr şor kollektoru lildən təmizlənmiş, 9,5 min kub metr yeni aralıq kollektoru qazılmış, 10,2 km ərazidə hamarlama işləri aparılmışdır.Burada 65 hektar sahədə taxıl bitkisi əkilmiş, 400 hektar sahədə isə pambıq əkini üçün şum işləri görülmüşdür. Aqroparkın ərazisində  taxıl və pambıqla yanaşı digər bitkilərin də əkilməsi nəzərdə tutulmuşdur.
5000 hektar ərazidə salınacaq Aqropark üçün nəzərdə tutulan qış otlaq sahəsinin sənədləri  hazırlanaraq aidiyyəti qurumlara göndərilmişdir.Bu ərazidə isə pambıq, taxıl, soya, günəbaxan və digər kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulmuşdur.
2016-cı ildə  rayon üzrə 18.1 min hektar sahədə mülkiyyətçilər tərəfindən yazlıq bitkilərin əkini aparılmışdır. 2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında 24.8 min hektar payızlıq taxıl əkilmiş və sahələrdən 79.8 min ton məhsul əldə olunmuşdur. 2017-ci ilin məhsulu üçünsə 2016-cı ilin payızında 24.4 min ton taxıl əkilmişdir.Ötən 2016-cı ildə rayon üzrə iri buynuzlu mal-qara  41.3 min baş, xırdabuynuzlu mal-qara   isə  139  min baş təşkil etmişdir.
2016-cı ildə rayonumuzda ümumi məhsul buraxılışının həcmi  233.6 milyon manat olmuşdur ki, bu da ötən 2015-ci illə müqayisədə 18.7 milyon manat və ya 8.7 faiz çoxdur.
2016-cı ilin sentyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının xeyir-düası ilə   4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6,0 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolu və rayon Mərkəzi xəstəxanası əhalinin istifadəsinə verilmişdir.
Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı müvafiq sərəncamına uyğun olaraq  hazırda şəhər ərzsindəki aztəminatlı ailələrin yaşadığı çoxmənzilli yaşayış binalarında təmir işləri aparılır.
Rayon Elektrik şəbəkəsinin, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar  rayon şöbələrinin inzibati binaları, Səmədabad kəndində Heydər Əliyev parkı tikilmiş, Əsgərabad kəndində  480 yerlik tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.  
Biləsuvar şəhərinin  7 küçəsində və  Ələt-Astara magistral avtomobil yolunun Bəydili kəndi ərazisindən keçən hissəsində ümumilikdə 8.9 km məsafədə asfalt-beton örtüklü yol tikilmişdir.
  Ötən dövr  ərzində rayonda  əhalinin elektrik enerjisi və  təbii qazla təmin edilməsi istiqamətində    işlər görülərək  yaşayış məntəqələrində 56.1 km SİP kabel çəkilmiş, 31 ədəd yeni müxtəlif kilovoltluq elektrk transformatorları quraşdırılmış,21 ədəd  elektrik transformatoru cari təmir edilmiş, 733 ədəd metal  və 1721 ədəd beton elektrik dirəyi quraşdırılmışdır. Rayonun bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilmişdir.
Ölkəmizdə  təhsil sahəsində aparılan islahatlar rayonumuzun təhsil sistemində  də müsbət nəticələrini verməkdədir. Hazırda rayonda  26 tam orta, 10 ümumi orta olmaqla 36 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Ötən tədris ilində ümumtəhsil məktəblərinin XI siniflərini 1164 nəfər məzun bitirmişdir.  Məzunlarından 224 nəfəri ali məktəblərə qəbul olmuşlar. Onlardan 54 nəfəri 500, 22 nəfər məzunsa  600 baldan yuxarı nəticə əldə etmişlər.
Azərbaycanın  Milli Qəhrəmanı Mübariz İbrahimov adına Məktəb-Lisey Kompleksi öz uğurlarını ilbəil möhkəmləndirir. Hər il olduğu kimi ötən il də məktəb-liseyi bitirmiş 24 nəfər məzunun hamısı yüksək balla ali məktəblərin tələbəsi adını qazanmışlar.
Son illər  rayonumuzda  13 yeni məktəb tikilmiş,  6 məktəb  yüksək səviyyədə əsaslı  təmir olunmuşdur. 2016-cı ildə   480 yerlik Əsgərabad kənd  tam orta məktəbi əsaslı təmir olunaraq   müəllim və şagirdlərin istfadəsinə verilmişdir. Rayonun təhsil ocaqlarının informasiya-kommunikasiya texnologiyaları ilə təminatı da yaxşılaşdırılmışdır.
Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş  rayon Mərkəzi xəstəxanasında  dializ şöbəsi də fəaliyyət göstərir.Son illərdə  6 kənddə müasir tələblərə cavab  verən yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi də  tibb xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən  keçirilməsi ilə bağlı tapşırığına əsasən ötən il Biləsuvar rayonunda 81183 nəfər, yaxud  rayon əhalisinin 81,9 faizi tibbi müayinədən keçmişdir. Bu il fevral ayının 15-dən əhalinin növbəti tibbi müayinədən keçirilməsinə başlanılacaqdır.
Rayonda dövlət Gənclər və İdman siyasəsətinin həyata keçirilməsindən ötrü bir sıra işlər görülmüşdur.
Xoşbəxt gələcəyimiz olan gənclərə qayğı və diqqət möhtərəm Prezidentimizin ən çox  diqqət yetirdiyi prioritet məsələlərdəndir. Rayonumuzda da əhalinin üçdə bir hissəsini təşkil edən gənc nəsil hərtərəfli  qayğı ilə əhatə olunmuşdur.
Azərbaycanın Milli Qəhrəmanı, həmyerlimiz Mübariz İbrahimovun misilsiz şücaətindən böyük qürur duyan gənclərimiz hərbi xidmətə sonsuz həvəslə yola düşür, vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirirlər.
2016-cı ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uzaqgörənliklə  Azərbaycanda  “Multikultralizm ili” elan olnması təkcə respiblikamızda tarixi kökləri olan multikultural  və tolerant ənənələrin inkişafına səbəb olmadı, həm də dövlətimizi və xalqımızı bu dəyərlərin daşıyıcısı olan bir nümunə kimi dünyaya təqdim etdi.  “Multikultralizm ili” çərçivəsində Biləsuvar rayonunda həyata keçirlən tədbirlər və görülmüş işlər bu prosesə öz töhvəsini verdi.
2017-ci ilin respublikamızda  “İslam Həmrəyliyi ili” elan olunması bu sahənin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunun təsdiqidir.
Rayon icra Hakimiyyəti 2016-cı ildə də vətəndaşların müraciətlərinə  baxılmasını  diqqət mərkəzində saxlanılmış, rayonda fəaliyyət göstərən  hər bir dövlət orqanına, idarə və müəssisələrə  bu sahədə işlərini düzgün qurmaları, vətəndaşların problemlərinin əsaslı surətdə həll olunmasına qayğı ilə yanaşmaları və məsuliyyətlərini daha da yüksəltmələri  tövsiyyə olunmuşdur. 
Vətəndaşların qabaqcadan rayon İcra Hakimiyyəti başçısının, onun müavinlərinin və digər vəzifəli şəxslərin qəbuluna  yazılmaları, müraciətlərini bildirmələri və müvafiq cavablarının almaları üçün Elektron Hökumət portalında vətəndaşların elektron formada qəbul imkanı təmin edilmişdir.
“Azərbaycan  Respublikasının mərkəzi  və yerli icra  orqanlarında Apellyasiya Şuralarının yaradılması  haqqında”  Azərbaycan Respublikası  Prezidentinin 03 fevral 2016-cı il tarixli  Fərmanında nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyəti  başçısının müvafiq  sərəncamları ilə  Biləsuvar  Rayon İcra Hakimiyyəti Apellyasiya Şurası və Apellyasiya  Şurasının   Katibliyi yaradılmışdır.
      Yerlərdə səyyar görüş-qəbulların keçirilməsi 2016-cı ildə də davam etdirilmişdir. Ötən il qəbullarda 4659 nəfər iştirak etmiş, 231 məsələ qaldırılmışdır.Qaldırılan məsələlərin 91 %-i həll edilmiş, digərlərin həlli istiqamətində  işlər davam etdirilir.
    Çıxışının sonunda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki: “Ölkə rəhbərinin proqram xarakterli çıxışı  qarşımıza çox böyük məsuliyyət qoyur.Rayonumuzda abadlıq, quruculuq işlərinin bundan sonra da davam etdirilməsi, sosial infrastruktunun yenilənməsi, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi, Aqroparkların salınması, əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin yaradılması əsas prioritet məsələlərimizdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, rayonumuzda əhalinin rifah halının daha da yaxşılaşdırılması, ölkə rəhbərinin tövsiyə və tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirilməsi üçün 2017-ci ildə də bütün imkanlarımızı maksimum səfərbər etməklə  daha böyük əzmlə çalışacağıq.”     Hesabat yığıncağında Milli Məclisin deputatı Xanhüseyn Kazımlı və Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov çıхış еdərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rеspublikаmızda ötən 2016-cı ildə görülən işlər  barədə ətraflı məlumat verdilər, cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq ölkəmizin inkişafı ilə bağlı qarşıya qoyulan hədəfləri açıqladılar.
Hesabat iclasında Biləsuvar rayon Maliyyə idarəsinin rəisi Eldar Təhməzov, Nəsimi kənd  icra nümayəndəsi Kamal İmanov, Xırmandalı kəndində fermer, pambıqçı Xudaverdi Mahmudov, Dini  Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şirvan Regional idarəsinin  Biləsuvar rayonu üzrə baş məsləhətçisi Taleh Nuriyev və digərləri çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr  müzakirə olundu.

Keçidlər