Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2 Fevral-Gənclər günü münasibətilə tədbir keçirildi.

02 fevral 2017 | 16:00

02 fevral 2017-ci il tarixdə Biləsuvar  rayonundakı Heydər Əliyev Mərkəzində  2 Fevral- Gənclər günü münasibətilə tədbir keçirildi.
Tədbirdə  rayon İcra Hakimiyyəti başçısı cənab Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, İdarə, müəssisə və təşkilatlarda çalışan gənclər, tələbələr, Şagird Gənclər Təşkilatının üzvləri və ictimaiyyətin nümayəndələri iştirak etdi.
Dövlət himni səsləndirildikdən sonra tədbir iştirakçıları torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən  şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan  Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov rayon gənclərini   Gənclər Günü münasibətilə təbrik edərək  biləsuvarlı gənclərin   ötən dövr ərzində  əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, təməli  Ulu Öndər Heydər Əliyev  tərəfindən qoyulmuş Dövlət Gənclər siyasətinin   bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük uğurla  davam   etdirilməsi  gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı  sabahımıza  dərin  inam yaratmışdır. Respublika gənclərinin tərkib hissəsi olan biləsuvarlı gənclərimiz də cəmiyyətimizin   bütün sferasında  əzmkarlıq və  fədakarlıq göstərir, rayonumuzun ictimai-siyasi həyatında, aparılan  abadlıq və quruculuq  işlərində yaxından iştirak edirlər. Rayon  əhalisinin 30 faizini təşkil edən gənclərimiz onlara yaradılan bu gözəl şəraitdən istifadə edərək daima ölkəmizin və rayonumuzun adını ucaltmağa çalışırlar.İstər ali məktəblərdə oxuyan tələbələrimiz, istər bayrağımızı dünya ölkələri arasında ən uca zirvələrdə dalğalandıran idmançılarımız, istərsədə digər sahələrdə çalışan gənclərimiz bu gun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sıx birləşərək ölkəmizin işıqlı gələcəyi naminə, min illərlə müstəqil yaşaması naminə var qüvvələrini əsirgəmirlər.    
   Tədbirdə çıxış edən   Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev gəncləri təbrik edərək qeyd etdi ki, hər  bir ölkənin, cəmiyyətin  həyatında  gənclərin rolu  əvəzsizdir. Çünki  gənclər  bizim  sabahımız, işıqlı gələcəyimizdir.Bu  mənada    Azərbaycanda  da   gənclər  cəmiyyətin  həyatında fəal iştirak edir, dövlət quruculuğu  işlərində, müstəqilliyimizin  və  dövlətçiliyimizin  inkişafına öz  dəyərli  töhvələrini  verirlər. Məhz  buna  görə  də  respublikamızda  aparıcı  qüvvə  olan gənclərə  həmişə böyük  diqqət  və  qayğı   göstərilir.
Azərbaycanda   2 fevral tarxinin – Gənclər Günü kimi  qeyd  olunması müdrik siyasi lider   Heydər Əliyevin  adı ilə  bağlıdır. 1996-cı  il  2  fevral  tarixində  ölkə  rəhbəri  Heydər  Əliyevin  dəstəyi  ilə  respublika  gənclərinin I Forumu keçirilmişdir.  Respublika  gənclərinin  həyatında  mühüm  hadisə  olan  bu  forumdan bir il  sonra  Prezident 2  fevral gününün  ölkədə  Gənclər  Günü  kimi  qeyd olunması  barədə  Sərəncam  imzalamışdır.Həmin  müdrik  siyasətin  nəticəsidir  ki, bu  gün  ölkəmizdə  idarəetmə bacarığı  ilə seçilən  intellektual,  geniş  dünyagörüşlü yeni  nəsil  yetişir.
M.Quliyev bildirdi ki, əsası  Ulu  Öndər  Heydər  Əliyev  tərəfindən  qoyulan gənclər  siyasəti  bu  gün  ölkə  Prezidenti cənab İlham Əliyev  tərəfindən çox  böyük uğurla  davam  etdirilir.Cənab İlham Əliyevin rəhbərliyi  ilə həyata  keçirilən gənclər  siyasəti  Azərbaycan gəncliyinin inkişafına təkan  vermiş,onların  cəmiyyətdə  özlərini  təsdiq etməsində mühüm  rol  oynamışdır.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilmişdir.
2007-ci  ilin  ölkəmizdə  “Gənclər  İli”  elan  olunması,  Gənclər  Fondunun  yaradılması, Gənclər  üçün  Prezident  mükafatının təsis  edilməsi,  xüsusuilə “2015-2025-ci illərdə  Azərbaycan  gənclərinin  inkişaf  strategiyası”da  gənclər  üçün  böyük  perspektivlər  açır. Bütün  bunlarda  məqsəd gənclərin  hərtərəfli  inkişafını, cəmiyyətin  həyatında  fəal  iştirakını  təmin  etmək məqsədini  daşıyır.
Biləsuvarlı gənclər də respublikamızın ictimai-siyasi həyatında həmişə öz fəallıqları ilə seçilmişlər.  Onlar  ölkə Prezidenti ətrafında six birlik nümayiş  etdirərək, onun daxili   və xarici siyasəti  ilə həmrəy olduqlarını öz əməli işləri ilə təsdiq   etmişlər.
Gənclərimiz əsl vətənpərvərlər kimi yetişməlidirlər.  Onların hər biri vətəni, torpağı  həmyerlimiz, Azərbaycanın Milli Qəhrəmanı Mübariz  İbrahimov  kimi   sevməli, lazım gəldikdə   canından keçməyi bacarmalıdırlar. Onlar düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə daim hazır olmalıdrlar. Biz  bü  gün  Azərbaycanın  Milli  Qəhrəmanı  Mübariz  İbrahimov  kimi hünər  göstərərək igidliklə  həlak  olmuş həmyerlilərimiz Pərvin  Əliyev, Rahil  Hüseynov,  Anar  Qarazadə,  Şahmurad  Əlizadə  kimi  oğullarımızla  fəxr edirik.
Çıxışı zamanı M.Quliyev  ötən ilin aprel döyüşlərində ordumuzun qəhramanlığı barədə bildirərək qeyd etmişdir ki, aprel  döyüşləri  bizim  həyatımızda   şanlı  tarixdir.Bu  əməliyyat  zamanı iki  strateji yüksəklik ordumuz  tərəfindən  azad  olundu, minlərlə  hektar  ərazi  düşməndən təmizləndi.Bu  əməliyatlardan  sonra  360  erməni  ailəsi  ətraf  kəndləri  tərk  etmişdir. Ali  Baş  Komandan cənab  İlham  Əliyevin rəhbərliyi  altında  həyata  keçirilən  uğurlu əməliyyat zamanı  Lələtəpə  yüksəkliyi  işğaldan  azad  edildikdən  sonra  həmin  ərazilərdə  yaşayış  üçün  tam  təhlükəsiz  vəziyyət  yaradılmışdır. Artıq  həmin  yüksəkliklərə  və  ərazilərə  Azərbaycan  ordusu  nəzarət  edir.Bu  günlərdə  biz  hamımız  ölkə  Prezidentinin  işğaldan  azad  edilmiş Cocuq  Mərcanlı  kəndinin bərpa  olunması  ilə  bağlı Sərəncamını sonsuz  sevinclə  qarşıladıq.  Bu  dövlət  başçısı  tərəfindən  imzalanmış tarixi  bir  qərar  idi.  Biz  geriyə qaytardığımız  torpaqları  bir  kəndin  timsalında    bərpa  etməklə  cəmiyyətin  əhval-ruhiyyəsinini  bütün  dünyaya  çatdırırıq. Bu layihənin  icra  edilməsi  çox böyük  rəmzi  məna  daşıyır.  Cocuq-Mərcanlı  kəndinin  sakinləri  öz  dədə-baba  yurdlarında- doğma  kəndlərində  məskunlaşacağı  günü  səbirsizliklə  gözləyirlər.  İnanırıq  ki,  Azərbaycanın  digər  torpaqları  da  işğaldan  azad olunacaq,  ölkəizin  ərazi bütövlüyü  təmin  ediləcək,  tarixi  ədalətsizlik  aradan  qaldırılacaqdır.Böyük  qayıdışın  başlanğıcı  olan  bu  əzəmtli  bərpa quruculuq  işlərində  biz  siz  gənclərdən də  böyük  dəstək  və  həmrəylik gözləyirik.
Çıxışının sonda bir daha gəncləri təbrik edən  rayon icra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki, Azərbaycan  öz gələcək məqsədlərini aydın şəkildə  müəyyənləşdirmiş, azad, müstəqil bir ölkədir. Siz isə bu ölkənin xoşbəxt gənclərisiniz.  İnanırıq ki, uğurlarımızın aparıcı qüvvəsi kimi Siz gənclərlə gələcəkdə  daha böyük nailiyyətlər əldə olunacaqdır.
Sonra rayonda ayrı-ayrı sahələrdə fərqlənən bir qrup gəncə rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olundu.

 

Keçidlər