Biləsuvar rayonunun inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində 2016-cı ilin yekunlarına dair hesabat yığıncaqları keçirilir.
10 yanvar 2017-ci il tarixdən başlayaraq Biləsuvar rayonunun inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilir.Tərtib olunmuş qrafikə uyğun olaraq 25 yanvar 2015-ci il tarixədək rayonun bütün inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində hesabat iclasları yekunlaşacaqdır.Hazırda 18 kənddə hesabat iclasları keçirilmişdir.
Yığıncaqlarda rayon İcra Hakimiyyətinin məsul işçiləri, şura üzvləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının ərazidə fəaliyyət göstərən yerli bölmələri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivi, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edirlər.
10 yanvar 2017-ci il tarixdə rayonun Aşağı Cürəli kəndində keçirilən hesabatda İcra nümayəndəsi Qalib Bağırov ötən il ərzində görülmüş işlər barədə ətraflı məlumat verdi.O, bildirdi ki, nümayəndəliyin əhatə etdiyi 2 kənddə 3486 nəfər əhali yaşayır.Ərazisi 2488 hektardır.Xüsusi mülkiyyətdə 1629 hektar,bələdiyyə mülkiyyətində 389 hektar torpaq sahəsi vardır.58 hektar sahə örüş üçün ayrılmışdır. 806 təsərrüfat, 585 mülkiyyətçi vardır.
Kənddə tam orta məktəb, həkim məntəqəsi, kitabxana, klub, poçt şöbəsi fəaliyyət göstərir.Regionların sosial-iqtisadi inkişafına uyğun olaraq Aşağı Cürəli kəndində də ötən müddət ərzində xeyli abadlıq və quruculuq işləri görülüb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq kənd ərazisi tam qazlaşdırılmış, mərkəzi magistral yollar yenidən tikilərək asfalt örtük çəkilmişdir.Kənd tam orta məktəbi üçün 450 şagird yerlik ən müasir tələblərə cavab verən yeni məktəb, səhiyyə müəssisəsi, poçt şöbəsi tikilərək əhalinin istifadəsinə verilmişdir. “Modul” tipli su durulducu qurğu quraşdırılmışdır.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.Aşağı Cürəli kən əhalisi görülən bütün bu işlərə görə Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev cənablarına dərin təşəkkür və minnətdarlığını bildirirlər.
Ölkəmiz üçün pambıqçılığın çox önəmli bir sahə olduğunu qeyd edən və bu sahənin inkişaf etdirilməsini qarşımıza konkret vəzifə olaraq qoyan cənab Prezidentimiz İlham Əliyevin çağırışına qoşulan kənd sakinləri də ötən hesabat ilində 192 hektar sahədə pambıq bitkisi əkərək 413 tondan çox ağ qızıl toplamışlar.Bu il mülkiyyətçilər tərəfindən 400 hektardan çox pambıq əkini üçün zavodlarla müqavilələr bağlanmışdır.İcra nümayəndəsi əhalinin sosial problemlərinin həllinin də daim diqqət mərkəzində saxlanıldığını bildirərək, vətəndaşların hər bir müraciətinə həssaslıqla yanaşıldığını qeyd etdi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova çıxış edərək bildirdi ki,dünyada baş verən qlobal böhrana baxmayaraq respublikamızda aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki,məhz bu gün ölkəmiz bu böhrandan məharətlə çıxır.Hərb bir ərazidə abadlıq-quruculuq işləri görülür, yeni-yeni sosialyönümlü obyektlər inşa olunur,əhalinin maddi-rifah halının yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. X.Qəmbərova tədbirdə əhalinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədilə aidiyyəti təşkilatlar qarşısında məsələlərin qaldırılacağını bildirdi.
11 yanvar 2017-ci il tarixdə rayonun Yuxarı Cürəli kəndində keçirilən hesabatda İcra nümayəndəsi Elməddin Vəliyev ötən il ərzində görülmüş işlər barədə ətraflı məlumat verdi.O, bildirdi ki, kənddə 1465 nəfər əhali yaşayır.Ərazisi 1442 hektardır.Xüsusi mülkiyyətdə 993 hektar,bələdiyyə mülkiyyətində 57 hektar torpaq sahəsi vardır.325 təsərrüfat, 260 mülkiyyətçi vardır.
Kənddə tam orta məktəb, tibb məntəqəsi, kitabxana, klub, poçt şöbəsi fəaliyyət göstərir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq kənd ərazisi tam qazlaşdırılmış, mərkəzi magistral yollar yenidən tikilərək asfalt örtük çəkilmişdir. Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zakir Şahbazov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan sosial-iqtisadi islahatlar və bu islahatların nəticəsi olaraq görülən işlər barədə ətraflı məkumat verdi.Z.Şahbazov aprılan bu siyasətə uyğun olaraq Biləsuvar rayonunda da görülən işlərdən danışdı.Bildirdi ki,qeyri neft sektorunun inkişafı istiqamətində görülən işlərin məntiqi nəticəsidir ki, bu gün rayonumuzda ənənəvi sahə olan pambıqçılıq geniş vüsət almış, əhali ötən 2016-cı ildə 6040 hektar sahədə pambıq əkib-becərmişdir.Bu gün rayonumuz respublikada ən çox pambıq yığan rayondur.
Sonra kənd sakinlərinin problemləri dinlənildi və vətəndaşları narahat edən məsələlər ümumiləşdirilərək icrası nəzarətə götürüldü.