Biləsuvar rayonunda 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbiri keçirildi.
30 dekabr 2016-cı il tarixdə Biləsuvar rayonundakı Heydər Əliyev Parkında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbiri keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların, ümumtəhsil müəssisələrinin, uşaq bağçaların kollektivləri və rayon əhalisi iştirak etdi.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov tədbirdə çıxış edərək ötən 2016-cı ildə rayonumuzun sosial-iqtisadi, mədəni həyatında baş verən hadisələr, görülən işlər barədə ətraflı danışaraq, qarşıdakı 2017-ci ildə görüləcək işlər barədə məlumat verdi. Xanlar Məmmədov rayon əhalisini 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirdi.
Tədbirdə uşaqlara yeni il hədiyyələri təqdim olundu, rayonun tanınmış incəsənət xadimlərinin ifasında musiqilər səsləndirildi.
30 dekabrda Biləsuvar rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayonun mərkəzində yeni il qabağı ənənəvi ərzaq məhsullarının satış yarmarkası təşkil edilmişdir.
Yarmarkada əhaliyə bazar qiymətlərindən uzuc qiymətə kənd təsərrüfatı məhsulları təklif olunur.