Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının Gənclər Birliyi ulu öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Məktəbində dəyirmi masa keçirmişdir.
Tədbirdə rayon gəncləri əvvəlcə ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.Sonra YAP Biləsuvar rayon təşkilatının Gənclər Birliyinin sədri Kamil Qurbanlı çıxış edərək ulu öndər Heydər Əliyevin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşmasından danışmış, Azərbaycan gənclərinin müstəqil dövlətimizin tərəqqisi naminə təşkilatlanması, səfərbər edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
Bildirilmişdir ki, hələ sovetlər dövründən başlayaraq Heydər Əliyev azərbaycanlı gənclərin formalaşması, onlarin savadlı kadrlar kimi yetişərək cəmiyyətimizin müxtəlif vacib sahələrində layiqincə təmsil olunması üçün çox böyük işlər görmüşdur.Daim azərbaycançılıq prinsipindən çıxış edən dahi şəxsiyyət gəncliyi bu istiqamətdə irəli aparmaqla müasir dövlətçilik və milli mənlik tariximizdə yeni səhifə açmış, öz adını yaddaşlara əbədi həkk etməyi bacarmışdır.Ulu ondər müstəqilliyimizin ilk illərində də dövlətin ən çətin vaxtlarinda belə gəncləri bir an belə yaddan çıxarmamış və bu sahəyə xüsusi diqqət yetirmişdir. 1 fevral 1997 ildə “2 fevral” Azərbaycan gəncləri gününün élan edilməsi,hər il bu bayramin təntənə ilə qeyd olunması,Azərbaycan gəclərinin forumlarının keçirilməsi, Gənclər və İdman Nazirliyinin yaradılması məhz ulu ondərin bu sahəyə diqqəti və qayğısının bariz nümunəsi idi.
Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev çıxış edərək ümummilli lider Heydər Əliyevin 1969-cu ildən bəri hakimiyyətə gəlişindən sonrakı dövrə nəzər salaraq müstəqil dövlət quruculuğunda ulu ondərin gördüyü ölçüyəgəlməz işlərdən danışmışdır. O qeyd etmişdir ki, ulu öndər ölkəmizin müstəqilliyinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı cətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək Azərbaycanımızı bu bəladan qurtardı və qısa zaman kəsiyində dünya dövlətlərinə tanıtdı.Onun rəhbərliyi ilə bir çox iri layihələr həyata vəsiqə qazandı və bu gün cənab Prezidentimiz İlham Əliyev də bu yolu uğurla davam etdirərək gənclərimizi öz ətrafında sıx birləşdirmişdir.Onlar dövəltin idarəetməsindən tutmuş demək olar ki bütün sahələrdə fəal iştirak edirlər.
Tədbirdə gənclərdən Bəhruz Əliyev,Elsevər Bağırov,Atəş Məmmədov çıxış edərək, ulu öndərin gənclər siyasətinin bəhrələrindən danışaraq bildirmişlər ki, Heydər Əliyevin ömür yolu bugünün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbidir. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənc nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir. Hər il xarici ölkələrdə təhsil almağa göndərilən gənclərin sayı artır. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm amillərindəndir.
Tədbirin sonunda rayon gəncləri bildirdilər ki, bundan sonar da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək qarşıya qoyulan hər bir vəzifənin öhdəsindən gəlmək üçün var gücləri ilə çalışacaq, ölkəmizin gələcək inkişafının təminatında aparıcı qüvvə rolunu inamla davam etdirəcəklər.