“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən Biləsuvar məktəbliləri rayonda ağacəkmə aksiyasında iştirak etdilər.
12 noyabr 2016-cı il tarixdən başlayaraq “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Qəbələ - Şəki- Zaqatala rayonlarına ekskursiya edən Biləsuvar məktəbləri 15 noyabr 2016-cı il tarixdə rayona qayıtdılar.
Tur–aksiya çərçivəsində şagirdlər bu rayonların tarixi və görməli yerləri ilə tanış olaraq, bir çox tarixi və mədəniyyət obyektlərinə ekskursiya etmişlər.Məktəblilərimiz rayonlarda şagirdlər arasında təşkil olunan intellektual oyunlarda və musiqili proqramlarda iştirak etmişlər.
Tur-aksiyadan qayıdan şagirdlər Biləsuvar şəhərinin giriş hissəsində qarşılandıqdan sonra ağacəkmə kompaniyasına qoşuldular.
Tədbirdə Biləsuvar rayon icra Hakimiyyətinin Başçısı Mahir Quliyev şagirdləri salamladıqdan sonra kampaniyaya start verildi.
Aksiya çərçivəsində müxtəlif növ ağaclar əkildi, əraziyə gübrələr verildi və suvarıldı.