Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 16 noyabr Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirildi.

10 noyabr 2016 | 16:00

10 noyabr 2016-cı il tarixdə Biləsuvar rayonunda 16 noyabr- Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Xəyalə Qəmbərova, Bakı Dövlət Universitetinin konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov, rayon icra hakimiyyətinin əməkdaşları, rayon ictimayyətinin nümayəndələri və gənclər iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Biləsuvar RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Xəyalə Qəmbərova tədbirin mövzusu və əhəmiyyəti barədə geniş məzmunlu çıxış etdi. Tolerantlıq gününün beynəlxalq səviyyədə qeyd olunası ilə bağlı tarixə ekskurs edən X.Qəmbərova Azərbaycanda tolerantlıq ənənələri, onun keçmişi, bu günü və gələcək perespektivləri haqda ətraflı məlumat verdi. Ölkəmizin hər yerində olduğu kimi Biləsuvar rayonunda da mədəni müxtəlifliyin və buna müvafiq tolerant münasibətlərin mövcudluğundan söz açdı. O, bu sahədə dövlət başçısı, cənab İlham Əliyevin yürütdüyü siyasətin uğurlarını və ona müvafiq olaraq rayonda İcra hakimiyyəti başçısının həyata keçirdiyi tədbirləri sadaladı.
Tədbirdə Bakı Dövlət Universitetinin konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov çıxış edərək dünyanın müxtəlif ölkələrində mövcud olan tolerant və multikultural dəyərlərdən danışaraq, onların müqaisəli təhlilini apardı. Eləcədə dünyada və Azərbaycanda mövcud olan tolerantlıq dəyərlərinin oxşar və fərqli cəhətlərini izah etdi. Polietnik tərkibinə görə çox zəngin olan Azərbaycan əhalisinin tolerant və multukultural dəyərlərinin bu gün artıq bütün dünyada böyük marağa səbəb olduğunu vurğulayaraq, bir sıra ölkələrdə Azərbaycandakı tolerant dəyərlərin dərs vəsaiti halında tədris olunduğunu diqqətə çatdırdı. Qonaq Biləsuvar rayonundakı tolerant mühitin həmişə nümunəvi olduğunu qeyd etdi.
Tədbirdə Biləsuvar RİH başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, 4 saylı şəhər tam orta məktəbinin direktoru Əli Əliyev, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova çıxış edərək tədbirin mövzusu ilə əlaqədar  öz fikir və mülahizələrini bölüşdülər.

Keçidlər