Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “ Bayraq Günü” qeyd edildi.

08 noyabr 2016 | 16:00

08 noyabr 2016-cı il tarixdə Biləsuvar rayonunda “Bayraq Günü” ilə əlaqədar silsilə tədbirlər keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu. Rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər “Bayraq meydanı”nı ziyarət etdilər və Azərbaycanın himni səsləndirildi.
Heydər Əliyev parkında təşkil olunmuş  sərgidə gənc rəssamların  əl işlərindən ibarət  rəsmlər nümayiş olundu.
Sonra Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə  “Bayraq mənliyimdir, bayraq kimliyim…” adlı qiraət müsabiqəsi keçirildi.
Tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək  iştirakçıları bayram münasibətilə təbrik etdi və Dövlət Bayrağı Günü haqqında geniş məlumat verdi.Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2009–cu il 17 noyabr  tarixli sərəncamı ilə  Dövlət Bayrağı günü təsis edilmişdir. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü olaraq  təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzidir. Bayraq bizim milli dəyərimizdir.
Sonra  ümumtəhsil məktəblərinin 21  nəfər şagirdinin  çıxışları dinlənildi. Qaliblərə diplomlar və Azərbaycanın Dövlət  Bayrağı hədiyyə edildi.

 

Keçidlər