Biləsuvar rayonunda “Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşıalaşdırılması” mövzusunda dəyirmi masa keçirilidi
27 oktyabr 2016-cı il tarixdə Biləsuvar rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliiyə dəstəyi ilə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyi “Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşıalaşdırılması” mövzusunda dəyirmi masa keçirilidi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları və qaçqın və məcburi köçkünlər iştirak etdi.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət müstəqilliyinin əldə olunmasından ötrü şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükütla qeyd edildikdən sonra, tədbiri giriş sözü ilə açan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyi Biləsuvar rayon şöbəsinin sədri Bəhruz Əliyev Biləsuvar rayonundakı Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və müharibə veteranları barədə geniş məlumat verdi. O, eyni zamanda qeyd olunan kateqoriyadan olan insanlar və onların ailə üzvlərinə göstərilən dövlət qayğısından söz açdı.
Dəyirmi masada Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin sədri, həm də bir təlimçi kimi iştirak edən Mehdi Mehdiyev “Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşıalaşdırılması” layihəsinin mahiyyəti və əhəmiyyəti barədə ətraflı çıxış etdi. Müharibə statusu olan insanlara işə qəbul qaydalarını öyrətmək, gələcəkdə onların alacaqları əmək pensiyalarına bunun əhəmiyyətli təsirini çatdlırmaq, eləcədə sosial vəziyyətlərinin yaxşılaşması üçün qanunda nəzərdə tutlmuş qaydaları öyrətməklə bağlı geniş məruzə edən natiq bununla əlaqədar praktik nümunələrdə göstərdi.
Dəyirmi masada Biləsuvar RİHB aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı Azərbaycan Respublikasının bütün bölgələrində olduğu kimi Biləsuvar rayonunda da Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və müharibə veteranlarına olan dövlət qayğısından, bu statusda olan insanlar, onların və ailə üzvləri üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün güzəşt və imtiyazların tətbiq edildiyini, bu istiqamətdə rayonda görülmüş işləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Biləsuvar rayonunun qəhrəmanlar diyarı olduğunu qeyd edən natiq bu qəhrəmanların nümunələrini yaradanların və onların ailə üzvlərinin daim diqqət və qayğı ilə əhatə olunduqlarını, dövlət rəhbərinin bununla bağlı müəyyən etdiyi strategiyaya uyğun olaraq rayonda da müvafiq işlərin görüldüyünü faktlarla sadaladı. Həmin kateqoriyadan olan insanların bundan sonra da zəruri ehtiyaclarının qarşılanması üçün aidiyyəti üzrə tədbirlər görüləcəyini diqqətə çatdırdı.
Dəyirmi masa iştirakçılarından Qarabağ müharibəsi veteranları-ehtiyatda olan zabitlər Savalan Cahangirov, Sahil qurbanov və II qrup Qarabağ müharibəsi əlili Telman Əliyev çıxış edərək tədbirin təşkilatçılığına görə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinə və Biləsuvar rayon İcra hakimiyyətinə öz təşəkkürlərini bildirdilər. Qeyd etdilər ki, bu kimi tədbrlərin təşkili onlarda böyük ruh yüksəkliyi yaradır. Dəyirmi masada səsləndirilən fikirləri digər həmkarlarına da çatdıracaqlarını qeyd edən müharibə iştirakçıları bu tədbirin onların mövzu ilə bağlı marifilənməsində böyük rolu olduğuna əminliklərini ifadə etdilər.