Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirildi.

26 oktyabr 2016 | 16:00

26 oktyabr 2016-cı il tarixdə   Biləsuvar rayon İcra Hakimiyyəti və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla işin təşkili şöbəsinin müdiri Əliheydər Zülfüqarov, din xadimləri, ağsaqqallar və gənclər iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Biləsuvar RİHB aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı Azərbaycan Respublikasında dövlət-din münasibətləri, bununla əlaqədar həyata keçirilən tədbirlər, eləcədə respublikamızın  regionlarında, o cümlədən Biləsuvar rayonunda bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr barədə  ətraflı məlumat verdi.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dini qurumlarla işin təşkili şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxış edərək mövzu ilə əlaqədar geniş nitq söylədi. O, öz çıxışında dövlət-din münasibətlərinin sosial, psixoloji və hüquqi aspektləri barədə ətraflı danışdı. Seminar-treninqlərin keçirilməsinin eləcədə bu və bu kimi digər mövzular ətrafında fikir mübadilələrinin olmasının əhəmiyyətini vurğulayan natiq gələcəkdə də bir sıra tədbirlərin həyata keçiriləcəyi haqda məlumat verdi.
Seminar-treninqdə çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla işin təşkili şöbəsinin baş məsləhətçisi Vüqar Hümbətov ölkəmizdə mövcud olan multukultralizm və tolerantlıq mühiti barədə danışdı. O, qeyd etdiki, Azərbaycanda mövcud olan multikultural dəyərlər dünyaya  bir nümunədir.
Seminar-treninq iştiraçılarından İzzətulla Məmmədov, Elvin Qasımov və başqaları Biləsuvar rayonunda tarixən mövcud olan dövlət-din münasibətlərinin bu gündə qorunub saxlandığını və bunun  üçün dövlət orqanları ilə aidiyyatı dini qurumların, din xadimlərinin daim səylə çalışdıqlarını bildirdilər.Din xadimlərini maraqlandıran suallar cavablandırıldı.

Keçidlər