Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummlli lider Heydər Əliyevin xatirəsinin anım günü

13 dekabr 2012 | 16:00

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından doqquz il keçir. Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.
Respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonunda da ümummilli lider Heydər Əliyevin anım günü minlərlə biləsuvarlının iştirakı qeyd olundu. Mərasimdə Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev,hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların, mədəni-maarif müəssisələrinin kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edir, abidə önünə əklillər, gül dəstələri qoyaraq, müdrik dövlət xadiminə Allahdan rəhmət dilədilər.
Mərasimdən sonra rayonun mədəniyyət işçilərinin hazırladığı ümummilli liderə həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş olundu.
Rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında və mədəni-maarif müəssisələrində ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən elmi-praktiki konfranslar keçirildi.
 

Keçidlər