Biləsuvar rayonunda Əsgərabad kənd tam orta məktəbinin binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi.
04 oktyabr 2016-cı il tarixdə rayonun Əsgərabad kənd tam orta məktəbi əsaslı təmir və yenidənqurmadan sonra müəllim və şagirdlərin istifadəsinə verildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov məktəb barədə məlumat verərək bildirdi ki, əsaslı təmir və yenidənqurmadan sonra burada 30 sinif komplektində 500 şagirdin təhsil alması üçün bütün şərait yaradılmışdır.Məktəbdə laborotoriyalar, fənn kabinetləri, idman zalı, bufet fəaliyyət göstərəcək. Məhz Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə olan diqqəti və qayğısının nəticəsidir ki, bu gün Əsgərabad kəndində ən müasit tələblərə cavab verən məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilir.
Sonra məktəb kollektivi və kənd sakinləri çıxış edərək kənddə tədris üçün gözəl şərait yaratdıqlarına görə Ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində qəbul edilmiş Dövlət Proqramının icrası rayonumuzda da uğurla həyata keçirilir.Bu gun rayonumuzda qlobal və əsaslı işlər aparılır.Bütün bunlar məhz cənab Prezidentimizin bizə olan köməyinin nəticəsində baş verir.Bu gün açılışına yığışdığımız bu tədris ocağında həm müəllimlər, həm də şagirdlər üçün gözəl şərait yaradılmışdır. Biz ölkə rəhbərinin dediyi kimi yaxın illər ərzində çalışacağıq ki, bir dənə də olsun yararsız məktəbimiz qalmasın.Müəllimlər gözəl binalarda işləsinlər, şagirdlər gözəl məktəblərdə dərs keçsinlər. Sizlərdən isə yalnız bir şey tələb olunur şagirlərə gözəl təhsil vermək və istifadəyə verilən bu tədris ocağını təmiz saxlamaq, onu qorumaq.
M.Quliyev məktəbin pedaqoji kollektivinə və şagirdlərə yeni dərs ilinin başlanğıcında uğurlar arzuladı.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev məktəbin açılışını bildirən qırmızı lenti kəsdi və məktəbə baxış keçirdi.