Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu.

30 sentyabr 2016 | 16:00

30 sentyabr 2016-cı il tarixdə Biləsuvar rayonunda  Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü təntənə ilə qeyd edildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin və rayon prokurorluğunun işçiləri  iştirak etdi.
Yığıncaq iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev  prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara bundan sonra da ölkəmizdəki digər dövlət təşkilatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yeni-yeni uğurlar arzuladı.
Tədbirdə Biləsuvar rayon Prokuroru Qabil Əliyev çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

Keçidlər