Biləsuvar rayonunda veloyürüş keçirildi.
24 sentyabr 2016-cı il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdrarəsin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə rayonda veloyürüş keçirildi. Veloyürüşdə Azərbaycan Velosiped İdman Federasiyasının Baş katibi Fərhad Əliyev və Təşkilati məsələlər üzrə menecer Faiq Qurbanov iştirak etdilər.
Veloyürüşün açılış mərasimində çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirdi ki, veloyürüşün keçirilməsində əsas məqsəd rayonda velosiped idman növünə gənclərin marağının artırılması və inkişaf etdirilməsidir.
Müxtəlif yaş qruplarından olan 100-dən çox velosipedçinin qatıldığı veloyürüş şəhərin girişindən start götürmüş, Heydər Əliyev küçəsi boyunca davam etmişdir.Veloyürüşdə ən çox fərqlənmiş idmançılara Biləsuvar rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Velosiped İdman Federasiyasının diplomları və hədiyyələri təqdim edildi.