Biləsuvar rayonunda ilk dəfə səs verəcək gənc seçicilərlə maarifləndirmə tədbiri keçirildi
20 sentyabr 2016-cı il tarixdə Biləsuvar rayonunda Gənclər və İdman İdarəsinin və YAP Biləsuvar rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək ümumxalq səsverməsində (referendum) ilk dəfə səs verəcək gənc seçicilər üçün maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov, rayon Gəncər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, 66 saylı Biləsuvar DSK-nin və 4 saylı MnSK-nın səlahiyyətli mümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən Biləsuvar rayon Gəncər və İdman İdarəsinin rəisi Aqşin Bağırov seçki hüququndan, tədbirin mahiyyəti barədə məlumat verərək bildirdi ki, Referendumda rayon üzrə 640 nəfər gənc ilk dəfə iştirak edəcəkdir. Odur ki, tədbiri keçirməkdə məqsədimiz gənc seçiciləri seçki qanunu və mərhələləri ilə tanış etməkdir. Çıxışlarda vurğulandı ki, bütün siyasi kampaniyalarda olduğu kimi bu dəfə də gənclərimiz yüksək fəallıq nümayiş etdirəcək və rayonumuzda referendumun demokratik və yüksək aktivlik şəraitində baş tutmasına öz töfhəsini verəcəklər.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov qeyd etdi ki, gənclər, xüsusilə də, ilk dəfə səs verənlər səsvermə hüquqlarını reallaşdırmalı, hətta, ətrafdakıları da bu prosesə cəlb etməlidir. Çünki keçirilən referendum demokratiyanın, həm də daha çox bizim müstəqil varlığımızın göstəricisidir.
Maarifləndirmə tədbirində seçki qaydalarına dair videoçarx və slayd təqdim olundu.
Sonda 50 nəfər ilk dəfə səs verəcək gənc seçicilərlə simulyativ “seçki” prosesi keçirildi.