Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsində Ölkə Prezidentinin nitqindən irəli gələn vəzifələrin Biləsuvar rayonunda icrasına dair müşavirə keçirildi.

20 sentyabr 2016 | 16:00

20 sentyabr 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 17 sentyabr 2016-cil il tarixdə  Səbirabad rayonunda keçirilən “Respublikada Pambıqçılığın inkişafına dair” müşavirədə verilən tapşırıqların icras ilə əlaqədar Biləsuvar rayonunda pambıqçılığın inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsi keçirildi.
Müşavirədə Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, pambıq qəbulu və emalı məntəqələrinin əməkdaşları, sahibkarlar və mülkiyyətçilər olmaqla   220 nəfər iştirak etdi.
Müşavirədə Biləsuvar  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda  qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən   tədbirlər  bütövlükdə respublikamızın, eləcədə hər bir regionun inkişaf istiqamətlərini, imkanlarını və perspektivlərini müəyyən edir.Hazırda  regionlarda qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər  Biləsuvar rayonunda da öz bəhrəsini verməkdədir. Biləsuvar  həmişə respublikamızın aparıcı aqrar rayonlarından biri olmuş, daha çox pambıqçılıq ənənələrinin inkişafına görə tanınmışdır.
M.Quliyev  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi 17 sentyabr 2016-cil il tarixdə  Səbirabad rayonunda keçirilən Pambıqçılığın inkişafına dair müşavirədə cənab Prezidentin bu sahəyə göstərdiyi diqqəti bir daha vurğulayaraq qeyd etdi ki, ölkə rəhbəri çıxışında bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkildiyini bildirdi və bu  keçən illə müqayisədə  təxminən üç dəfə çoxdur.Cənab Prezident müşavirədə qeyd etdi ki,: “Əgər keçən il 35 min ton pambıq yığılıbsa, bu il ən azı 100 min ton pambıq yığılmalıdır. Gələn il üçün bizim daha da böyük planlarımız var. Gələn ilə hazırlıq işləri artıq başlayıb. Bu il buna böyük vəsait sərf olunub, operativ olaraq bütün lazımi tədbirlər görülübdür.”
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-80-ci illərdə rayonumuzda  pambıq istehsalı ən yüksək səviyyəyə çatmış, bu sahə Biləsuvara və biləsuvarlılara firavanlıq və şöhrət gətirmişdir. Pambıqçılığın inkişafını daim öz diqqətində saxlayan Ulu Öndər dəfələrlə Biləsuvar rayonunda olmuş və əmək adamları ilə pambıq tarlalarında görüşmüşdür. O illərdə Biləsuvarda 14 min hektar sahədə pambıq əkilmiş, hər il 35-40 min ton pambıq istehsal olunmuşdur.
Pambıq əkininə əlavə subsidiyanın verilməsi, pambığın qiymətinin artırılması, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilməsi  rayonumuzda pambıqçılığa marağı daha da artırmışdır.Bunun nəticəsidir ki, son illərlə müqayisədə bu il dəfələrlə çox 6040 hektar sahədə pambıq əkilmişdir. Pambıqçılarımız həmin sahələrdən 14 min tona yaxın məhsul gözləyirlər.
Pambıqçılığın inkişafı rayonumuzun əhalisi üçün yeni iş yerləri deməkdir, təminatlı həyat deməkdir, sabaha inam deməkdir.Bütün bunları nəzərə alaraq rayonumuzda növbəti ildə 10.5 min hektar sahədə pambıq əkininin aparılması üçün hazırlıq işləri aparılır.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışında bildirdi ki, bu il toplanacaq məhsulun vaxtında və itkisiz yığılması üçün pambıq qəbul məntəqələrinə və emal zavodlarına daşınması zamanı səmərəliliyin artırılması, ciddi təhlükəsizlik, xüsusən də yanğından mühafizə tədbirlərinin görülməsi, tədarük və emal dövründə emal zavodları və qəbul məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması təmin edilməli, tədarükçü şirkətlər  fermerlərlə hesablaşmaları dəqiq və ləngitmədən aparmalıdırlar.
M.Quliyev gələn il əkiləcək pambıq sahələrinin hazırlanması istiqamətində görüləcək işləri qeyd etdi, tapşırıq və göstərişlərini verdi.
Sonra rayonun aidiyyəti üzrə təşkilat rəhbərləri və icra nümayəndələri çıxış edərək görülən işlərdən danışdılar, əkin zamanı yaranan bəzi çətinliklərin həlli yollarını müzakirə etdilər.

 

Keçidlər