Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr - Bilik günü münasibətilə Biləsuvar rayonunun ümumtəhsil məktəblərində tədbirlər keçirildi.

15 sentyabr 2016 | 16:00

15 sentyabr - Bilik günü münasibətilə Biləsuvar rayonunun ümumtəhsil məktəblərində tədbirlər keçirildi.
2016-09-15
15 Sentyabr - Bilik günü münasibəti ilə rayonun bütün ümumtəhsil ocaqlarında tədbirlər keçirildi. Biləsuvar rayon İsmətli kənd tam orta məktəbində təşkil olunmuş Bilik günü tədbirində  rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, valideynlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ağamməd ibayev məktəb haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Məhz Ölkə  Prezidenti cənab İlham Əliyevin  təhsilə olan diqqəti və qayğısının nəticəsidir ki, bu gün biz müəllimlər və şagirdlər ən müasir tələblərə cavab verən məktəbdə  fəaliyyət göstəririk.Məktəbdə müəllim və şagirdlərimiz üçün bütün şərait yaradılmışdır. Ağamməd İbayev məktəbin nəticələri barədə məlumat verdikdən sonra  kollektiv adından qonaqları əmin etdi ki, əvvəlki ənənələrinə sadiq qalaraq məktəbimiz bundan sonra da bütün qüvvəsi ilə çalışaraq cəmiyyətimiz üçün əsl vətənpərvər və savadlı kadrlar yetişdirəcəkdir.
Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri Yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.M.Quliyev bildirdi ki, Ölkə Prezidenti  cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın  Təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət  rayonumuzda da  öz  müsbət nəticələrini  verir. Son illər rayonumuzda  13 yeni məktəb tikilmiş  6 məktəb  yüksək səviyyədə əsaslı  təmir olunaraq istifadəyə  verilmişdir. Təhsil ocaqlarının  maddi-texniki bazası hər il yenilənir, informasiya kommunikasiya texnologiyaları ilə  təminat  yaxşılaşdırılır.Görülən bu işlər müəllimlərimizin rahat və gözəl binalarda işləmələrinə, şagirdlərimizin isə gözəl məktəblərdə dərs keçmələrinə yaradılan şəraitdir. Məhz bu qayğının məntiqi nəticəsi olaraq hər bir müəllim üzərlərinə düşən vəzifələri layiqincə icra etməli, hər bir şagird elmə, təhsilə mükəmməl yiyələnməlidir.Şagirdlər həyata hərtərəfli yetişkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmalıdır.Bu sahədə  müəllimlərimizin üzərlərinə böyük yük düşür.
Kənd ağsaqqalı, məktəbin şagirdləri  və digərləri çıxış edərək yeni dərs ili və 15 sentyabr bilik günü münasibətilə müəllim və şagirdləri təbrik edərək onlara ən xoş arzularını bildirdilər.
Sonra şagirdlərin ifalarında  rəqslər nümayiş olundu və birincilərin hazırladıqları kompazisiya söylənildi.
Sonda yeni tədris ilinin başlandığını bildirən ilk zəng çalındı və sinif otaqlarına baxış keçirildi.

Keçidlər