Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirildi

22 iyul 2016 | 16:00

22 iyul  2016-cı  il tarixdə   Biləsuvar  rayonunda  Milli mətbuatımızın  yaranmasının 141 illiyinə həsr olunmuş tədbir  keçirildi.
Tədbirdə   Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi Mirzə Cəfərov,rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov,  rayonun  “Məhsul” və “Region-press” qəzetlərinin əməkdaşları və ziyalılar iştirak etdilər.
Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi Mirzə Cəfərov  çıxış edərək milli mətbuatımızın 141 illik yubileyi münasibətilə media mənsublarını təbrik etdi və  əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini qeyd edərək  müstəqil Azərbaycanda ictimai həyatın ən müxtəlif sahələri üzrə əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında, dövlətçilik maraqlarının müdafiəsində müasir medianın xidmətlərini yüksək qiymətləndirdi.M.Cəfərov bildirdi ki, bu gün ölkəmizdə mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb. Ölkə Prezidenti cənab  İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlarla jurnalistlərin mənzil şəraitləri daima yaxşılaşdırılır, respublikamızda fəaliyyət göstərən media orqanları müvafiq maliyyə vəsaitləri ilə təmin olunurlar.Rayonumuzda da fəaliyyət göstərən mətbu orqanların çətinlikləri aradan qaldırılır və müvafiq köməkliklər edilir.
Sonra rayon “Məhsul” qəzetinin baş redaktoru Muxtar Əhmədov Milli Mətbuatımızın 141 illik yubileyinə həsr olunmuş məruzə ilə çıxış etdi.
Tədbirdə çıxış edənlər müstəqillik illərində mətbuatın qazandığı böyük uğurların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladılar. Bildirildi ki, bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir,respublikamızda Milli Mətbuatın inkişafı və bu sahədə çalışanların əməyi daima qiymətləndirilir.

Keçidlər