Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Ağdam rayonunun işğalının 23-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi

22 iyul 2016 | 16:00

    22 iyul 2016-cı il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə   Ağdam rayonunun işğalının 23-cü ildönümü  ilə bağlı dəyirmi masa keçirildi.
Tədbirdə  Biləsuvar rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin  rəis müavini  Raqim Soltanov və gənclər təşkilatlarının nümayəndələri iştirak etdi.
            Ağdam şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərəkbildirdi ki, hər il Ağdamın işğalının ildönümünü qeyd etmək olduqca ağırdır. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Bunların 17 mini yaşlı nəslin nümayəndəsidir. Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində 6 milyard 179 milyon dollar məbləğində ziyan dəyib. Təkcə kənd təsərrüfatı sahəsinə dəyən ziyan 992,8 milyon manat dəyərindədir. Ağdam uğrunda gedən döyüş zamanı altı mindən artıq insan şəhid olub. Hazırda dövlət tərəfindən Ağdam rayonundan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hərtərəfli tədbirlər görülür.
           Biləsuvar rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin  rəis müavini  Raqim Soltanov çıxış edərək bildirdilər ki, gün gələcək biz Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Ağdamın və digər rayonlarımızın qələbə gününə toplaşacağıq. Ağdam həm ərazi, həm də əhali baxımından respublikanın ən böyük rayonlarındandır. Ağdamdakı döyüşlər zamanı rayon 6000 şəhid, 16 milli qəhrəman verib.
Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Prezidenti onsuzda gec-tez torpaqlarımızı azad edəcək. Biz azad edilmiş Azərbaycan torpaqlarının qələbə gününə toplaşacağıq.
        Tədbirin sonunda Ağdam rayonuna həsr olunmuş “Ruhlar şəhərinin sakinləri” adlı sənədli film nümayiş olunub.

Keçidlər