“Multikulturalizmin Azərbaycan modelini təbliğ edək” mövzusunda dəyirmi masa keçirildi
15 iyul 2016-cı il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Multikulturalizmin Azərbaycan modelini təbliğ edək” mövzusunda gənclərlə dəyirmi masa keçirildi.
Dəyirmi masada Biləsuvar rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ləman Yüzbaşova, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin idarə heyətinin üzvləri, Biləsuvar rayonunun ümumtəhsil məktəblərinin Şagird Gənclər Təşkilatlarının üzvləri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov dünyada multikulturalizm ideyasının tarixi barədə məlumat verdikdən sonra Azərbaycanda mövcud olan multikultural mühitə dair məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycanda multikulturalizm həm cəmiyyətin dünyagörüşündən irəli gələn dəyərdir, həm də ümummilli lider Heydər Əliyevdən başlayaraq dövlət ideologiyasının tərkib hissəsidir və bu ideologiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, 2016-cı il Pezidentin sərəncamı ilə “Multikulturalizm ili” elan edilmişdir. Azərbaycanın dünyada multikulturalizm və tolerantlıq modeli kimi qəbul olunduğunu qeyd edən Ləman Yüzbaşova hazırda ölkəmizdə müsəlman, xristian, yəhudi və digər icmaların sərbəst fəaliyyət göstərdiyini diqqətə çatdıraraq 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu və il ərzində Azərbaycanda və xaricdə çoxsaylı beynəlxalq tədbirlərin təşkil olunacağını dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı Tədbirdə çıxış edən digər iştirakçılar Azərbaycanda dini tolerantlığın yüksək səviyyəsindən danışaraq, müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasını multikulturalizmin uğurlu modeli adlandırdılar və bu sahədə təbliğat işinin aparılmasında gənclərin də üzərinə böyük vəzifələr qoyulduğu vurğulandı.