Biləsuvar rayonunda “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası vəziyyəti və qarşıda duran vəzifələr mövzusundakı ictimai dinləmələr keçirildi.
14 iyul 2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası vəziyyəti və qarşıda duran vəzifələr mövzusundakı ictimai dinləmələr keçirildi. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanova, rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssiə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyələr, dini icma rəhbərləri və KİV nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbirdə Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki, “Ölkəmizdə qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsasların möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. Bu istiqamətdə atılan addımlardan biri də ölkə Prezidenti cənab ilham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın qəbul olunmasıdır.İnsanların ayrılmaz, təbii hüquqlara malik olması, bu hüquqların təminatı ideyaları inkişaf etdikcə bir sıra mükəmməl sənədlərin, o cümlədən beynəlxalq miqyasda hamılıqla qəbul olunmuş prinsip və normaların formalaşdırılmasının labüdlüyü gündəmə gəlmiş, insan hüquq və azaqdlıqlarının müdafiə mexanizmlərinin işlənib hazırlanması üzərində dünyanın mütərəqqi qüvvələrini ciddi düşünməyə vadar etmiş, insan hüquqlarının beynəlxalq səviyyədə inkişafı və təşviqi mərhələsi başlamışdır. Ötən əsrdə bu sahədə dünya ictimayyətinin və beynəlxalq təşkilatların səyləri nəticəsində İnsan hüquqları haqqında Beynəlxalq Konvensiyada standartlar müəyyən olunmuşdur. Bu standartlar sonradan qəbul olunan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada, Avropa Mədəniyyət Konvensiyasında, Terrorizmin qarşısının alınması haqqında Konvensiyada, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasında, Avropa Sosial Xartiyasında, Helsinki yekun Aktında, Yeni Avropa üçün Paris Xartiyasında, digər beynəlxalq sənədlərdə öz əksini tapmışdır.Azərbaycan Respublikasında da 1995-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu və insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratmışdır. Ölkəmiz insan hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçmişdir. 2002-ci və 2009-cu illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlmişdir. Dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı xüsusi əhəmiyyətə malikdir. Həmin dövrdə Ulu Öndərimiz tərəfindən təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" bu sahədə ilk fundamental sənəddir.Təsadüfi deyil ki, ilk Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i ölkə başçısının 2007-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda insan hüquqları günü elan edilmişdir”.Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununun qəbul edilməsini də xüsusi vurğulamaq lazımdır.
Tədbirdə Biləsuvar rayon İcra hakimiyyətinin başçısı bildirdi ki, “Dövlət başçısı cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixdə imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Milli Fəaliyyət Planı ölkəmizdə insan hüquqlarının təmin olunması üzrə görülən ardıcıl tədbirlərin genişləndirilməsində, hüquq-müdafizə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif qruplarının, o cümlədən ən kövrək nümayəndələrinin hüquqlarının qorunmasının gücləndirilməsində yeni mərhələnin başlanğıcı olmuşdur. Bu baxımdan dövlət başçısının 27.12.2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi insan hüquqları sahəsində tədbirlərin davamlılığının təmin olunması məqsədini daşıyaraq, eyni zamanda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəflərinə yönəlmişdir. Bu sənəd həqiqi işlək xarakterə malik olmaqla, hər bir dövlət orqanı qarşısında konkret mühüm vəzifələr qoyur. Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin - qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının hüquqlarının təmin edilməsində səmərəliliyin artırılması məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunmuşdur.Haqqında bu gün ictimai dinləmələr təşkil olunan Milli Fəaliyyət Proqramı müxtəlif istiqamətlər üzrə konkret qanunverici və praktiki tədbirləri müəyyən edir ki, bunlardan da bəzilərinin icrası həm də yerli İcra hakimiyyəti oqanlarının fəaliyyət sahəini əhatə edir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət proqramında həyat keçirilməsi şəhər və rayonların İcra hakimiyyəti orqanlarına həvalə olunmuş tədbirlərin icrası üzrə Biləsuvar rayonunda da tədbirlər həyata keçirilməkdədir. Rayonda əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi, yəni sahiblik, istifadə və sərəncam hüquqları barədə mövcud qanunvericilikdəki müddəaların onlara çatdırılması, izahı və maarifləndirilməsi ilə bağlı davamlı olaraq müvafiq tədbirlər görülür. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi, özbaşına tikinti və onun nəticələri, ümumi və paylı mülkiyyət, yaşayış binasının tərkib hissəsinə mülkiyyət, sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi mövzusunda yerli “Məhsul” qəzetində yazılar verilmiş, keçirilən görüşlərdə geniş izahat işləri aparılımışdır. Bu sahədə vətəndaşlara xidmət göstərən idarə, müəssisə və təşkilatların yerləşdikləri binaların dəhlizlərində və girişlərində əhalinin tanış olması üçün məlumat lövhələrinin asılması təmin olunmuşdur. Bundan başqa rayonun kəndlərində bu sahədə vətəndaşlara xidmət göstərən təşkilatların mütəxəssislərinin iştirakı ilə seminaralr keçirilmiş və vətəndaşları maraqlandıran fikirlərə aydınlıq gətirilmişdir. Rayonda mütəmadi olaraq inzibati ərazi dairələri üzrə səyyar görüşlərin təşkilinin xüsusi əhəmiyyəti vardır. Birbaşa vətəndaşın özündən onun problemi, qarşılaşdığı çətinlikləri dinləmək və yerindəcə həllindən ötrü operativ qaydada, aidiyyətı tədbirlər görmək insanların hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyinin artırılmasında mühüm rol oynayır. Bütün bu qeyd olunanlara yanaşı, rayon İcra hakimiyyətinin hüquq mühafizə orqanları ilə birgə bu sahədə görülən işlər – seminarların, diskusiyaların, maarifləndirici digər tədbirlərin görülməsi rayonda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırılması işinə öz töhvəsini verməkdədir. Rayonumuzda bu sahədə görlən işlərə əlavə olaraq onu da qeyd edim ki, Biləsuvar rayon İcra hakimiyyəti tərəfindən Qeyri Hökumət Təşkilatlarına da müvafiq imkan yaradılır ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə vəsati hesabına rayonumuzda insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə işlərini həyata keçirsinlər. Rayonda həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün Respublikamızda uğurla həyata keçirilən tolerant və mültikultural dəyərlərin möhkəmlənməsinə hesblanmış siyasət Biləsuvar rayonununda da yüksək səviyyədə təbliğ və təşviq olunmaqdadır. Təsadüfi deyil ki, rayonumuz dini baxımdan sabit və tolerant bir məkandır. Burada dini fanatizm, dini radikalizm, dini ekstermizm kimi mürtəce niyyətləri həyata keçirmək sadəcə mümkün deyildir. Bütün bunlara aidiyyatı dövlət orqanlarının, eləcədə rayon ictimayyətinin birgə aktiv səyləri nəticəsində nail olunmuşdur. Görülmüş bütün bu işlər, eləcədə həyata keçirilən tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına müntəzəm olaraq aidiyyəti üzrə məlumat verilir.
Çıxışının sonunda M.Quliyev vurğuladı ki, tam əminliklə deyə bilərik ki, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" Ulu Öndərimiz tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə real zəmanət verir. Bu strategiyanın uğurla icra olunmasına daima öz töhvələrini vermiş Biləsuvar rayonundakı dövlət qurumları, eləcədə rayon ictimayyəti bundan sonra da bu sahədəki fəaliyyətlərində yüksək əzmkarlıq nümayiş etdirəcəklər.
Sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanova çıxış edərək “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icra vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi.
Tədbirdə Biləsuvar rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova, Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov, ağsaqqallardan Akif Kazımov, Məhərrəməli Kazımov, Gülmalı Gülalıyev çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışdılar. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.