Şriftin ölçüsü :

Saytın rəngi :

Boks üzrə idman məktəblərinin V-ci Respublika oyunlarının final mərhələsinin açılış mərasimi

23 noyabr 2012 | 16:00

22 noyabr 2012-ci il tarixdə Biləsuvar rayon Olimpiya İdman Kompleksində Boks üzrə idman məktəblərinin V-ci Respublika oyunlarının final mərhələsinin açılış mərasimi keçirilmişdir.Turnirdə Bakı, Sumqayıt, Gəncə,Mingəçevir,Lənkəran,Şirvan, Şəki, Xaçmaz, Tovuz, Ağcəbədi, Neftçala, Sabirabad, Biləsuvar, Cəlilabad, Masallı,Ağdaş, Astara, və respublikanın digər şəhər və rayonlardan 31 komanda olmaqla, 171 idmançı mübarizə aparacaq. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları Mütəllim Həsənov və Tofiq Bağbanlı iştirak etmişdir.
Turnir 25 noyabr 2012-ci il tarixədək davam edəcəkdir.
 

Keçidlər