Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Sağlam ailə-sağlam gələcək” mövzusunda gənclərlə maarifləndirmə tədbiri keçirildi.

30 iyun 2016 | 16:00

30 iyun 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində    Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Sağlam ailə-sağlam gələcək” mövzusunda gənclərlə maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə gənclərin gələcək ailə həyatında qarşılaşa biləcəyi psixoloji problemlər və onların həlli yolları, sağlam ailəyə mane olan erkən nigah və məişət zorakılığı problemləri, nigahdan əvvəl tibbi müayinənin zəruriliyi məsələləri müzakirə olundu.
Rayon Gənclər və İdman İdarəsinin rəisi  Aqşin Bağırov çıxış edərək bildirdi  ki, ümumilikdə bu mövzuda maarifləndirmə tədbirinin  keçirilməsi böyük önəm daşıyır. Gənclərimizin sağlamlığı, müxtəlif neqativ hallara qarşı profilaktikanı təmin etmək bütün cəmiyyətin əsas vəzifələrindən biridir.
Rayon Səhiyyə və Təhsil şöbələrinin əməkdaşları çıxış edərək bildirdilər ki,  Sağlam ailənin adı özündə bir saflığı və ailəçiliyi təbliğ edir. Burada gənclərin üzərinə düşən əsas vəzifə sağlam olub daha sonra ailə qurmaqdır. Gələcəyimizin, gəncliyimizin sağlam olması üçün sağlam ailə qurmaq önəmli faktordur . Bunun üçün də gənclərimiz ailə qurmadan öncə ailə sağlamlıq mərkəzləri ilə əlaqə saxlamalı, nigahdan əvvəl tibbi müayinədən keçməlidirlər. Bu həm onların özləri, həm də cəmiyyətimizin sağlam gələcəyinin təminatında müstəsna əhəmiyyəti olar.
Tədbirdə  gəncləri maraqlandıran suallar cavablandırıldı. “Əsas məqsədimiz Azərbaycanın gələcəyini sağlam görməkdir” adlı film nümayiş etdirildi.
Sonda  “Gənclər arasında sağlam həyat tərzinin təbliğində fəal iştirakına görə Biləsuvar rayon Təhsil Şöbəsinin metodisti Ağamməd Caniyev Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomu  ilə təltif edildi.

Keçidlər