Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda gənc rəssamların rəsmlərdən ibarət səyyar sərgi keçirildi.

29 iyun 2016 | 16:00

29 iyun 2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev adına parkda Rayon Uşaq incəsənət məktəbinin rəssamlıq şöbəsinin şagirdləri Samir Kazımlı və Zəhra  Məmmədlinin yaradıcılığına həsr olunmuş səyyar sərgi keçirildi.Sərgidə 60-dan çox rəsm  nümayiş olundu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayon ictimaiyyətinin nümayəndələri və KİV əməkdaşları iştirak etdi.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev sərgi ilə tanış olduqdan sonra gənc rəssamları sərgi münasibətilə təbrik etdi və gələcək işlərində uğurlar arzuladı.Bildirdi ki, ölkəmizdə istedadlı gənclərin üzə çıxarılması və onlara hərtərəfli köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox Dövlət Proqramları imzalanmışdır.Bu gün rayonumuzda da istedadlı gənclər dövlət qayğısı ilə əhatə olunmuşlar.Onların öz potensiallarını üzə çıxarmaları və daha da inkişaf etdirmələri üçün belə sərgilərin keçirilməsi vacib məsələdir.Sonra Mahir Quliyev rəsm sərgilərinə baxış keçirdi.
Tədbir rayon əhalisi tərəfindən maraqla qarşılandı.Hər iki gənc fəxri-fərmanla təltif olundular.
Tədbir axşam saatlarınadək davam edəcək, əhalinin asudə vaxtının maraqlı keçirilməsinə xidmət göstərəcəkdir.

Keçidlər