Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Dövlət qulluqçularının peşə bayramı qeyd olundu.

23 iyun 2016 | 16:00

23 iyun 2016-cı il tarixdə Biləsuvar rayonunda Dövlət Qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirildi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, rayonun idarə və təşkilatlarında çalışan dövlət qulluqçuları, şəhər və kənd icra nümayəndələri  iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin rayonun dövlət qulluqçularına ünvanlanmış təbrik məktubu oxundu.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək  dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara öz çətin və şərəfli  fəaliyyətlərində uğurlar arzuladı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezident cənab  İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamına əsasən hər il 23 iyun tarixi dövlət qulluqçuları peşə bayramı olaraq qeyd olunur. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir.
Bu gün  dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının daim diqqətindədir. Cənab Prezidentin rəhbərliyi altında Respublikamızda müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatlar uğurla davam etdirir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.
M.Quliyev bir daha dövlət qulluqçularını təbrik edərək  dövlətə, vətənə xidmətdə hər bir dövlət qulluqçusuna ən ideal örnəyin məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyev olduğunu qeyd etdi.
Tədbirdə  Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2016-ci il tarixli Sərəncamı ilə  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Biləsuvar  rayon Statistika İdarəsinin rəisi Kazım Mənsimov və Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının İsmətli kənd inzibati ərazi dairəsi  üzrə nümayəndəsi Mübariz Mürsəlov  çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə Ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Sonda Biləsuvar  rayon İcra Hakimiyəti Başçısının Nərimankənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Asif Ağamalıyevə rayonun ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə görə Biləsuvar rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olundu.                  

Keçidlər