Biləsuvarda “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi.
01 iyun 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər 3 saylı uşaq bağçasında “1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova , məktəbəqədr təhsil müəssisələrinin müəllim və şagird kollektivi, valideynlər iştirak etdi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.Sonra Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova çıxış edərək “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik etdi və onlara göstərilən dövlət dəstəyindən danışdı. X.Qəmbərova qeyd etdi ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir.Ulu Öbndər Heydər Əliyev uşaqlara dövlər səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı.Bu gün həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir.Bu gun uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda yeni-yeni bağçalar tikilir, məktəblər inşa olunur, yeni parklar salınır. X.Qəmbərova bir daha uşaqları təbrik edərək bildirdi ki, rayonumuzda həyata keçirilən bu tədbirlər bundan sonra da davam tdiriləcəkdir. Tədbirdə çıxış edənlər bir daha uşaqları təbrik etdilər və onlara gələcək işlərində uğurlar dilədilər. Tədbirdə incəsənət ustaları ilə yanaşı, istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirildi. Sonda uşaqlara hədiyyələr təqdim olundu.