Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 28 May – Respublika gününə həsr olunmuş ümumrayon tədbiri keçirildi.

27 may 2016 | 16:00

27 may  2016-cı  il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “28 May-Respublika Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, iadarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimayyətinin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə geniş məruzə ilə çıxış edərək bildirdi ki, zəngin dövlətçilik ənənələrinə malik olan xalqımız tarixin keşməkeşli anlarında, həlledici məqamlarda öz milli-mənəvi varlığını, iradəsini nümayiş etdirmiş, müstəqilliyini bərpa etmiş, qorumuşdur.M.Quliyev  bildirdi ki, torpaqlarımızın iki yerə bölünməsi və  dövlətçiliyimizin itirilməsini şərtləndirən 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri belə, xalqımızın azadlıq uğrunda mübarizəsini dayandırmadı, əksinə xalqımız yeni üsul və metodlarla mübarizəyə başladı.1828-ci ildən 1918-ci ilədək davam edən 90 illik mübarizə öz məntiqi nəticəsini 1918-ci il mayın 28-də Azərbaycan xalqının XX əsrin əvvələrində öz demokratik dövlətini qurması ilə nəticələndi.Beləliklə, 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil oldu.Əsrlər böyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddətdə-cəmi 23 ay yaşamasına baxmayaraq-onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yadda qalan mərhələlərindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik ənənələrimizin uzun müddət yaddaşlardan silinməsinin qarşısını aldı.Dövlət simvollarının hazırlanması işini təşkil etdi.Milli hökumət ordu quruculuğuna başladı.Silahlı qüvvələrini yaratdı.Gənc Azərbaycan dövləti şərqdə islahatçı cəsarəti ilə nümunə oldu.Azərbaycanın müstəqil neft iqtisadiyyatının təməli qoyuldu.Dağılmış iqtisadiyyat bərpa edilməyə başladı, milli pul vahidi, poçt markaları dövriyyəyə buraxıldı.  Əhalinin təhsilə cəlb edilməsi və maariftəndirilməsi istiqamətində böyük işlər görüldü.Azərbaycanın xarici siyasət sahəsində də uğurları az olmamışdır. 1920-ci il 1 yanvarda Paris şəhərində keçirilən Beynəlxalq konfransda Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınması barədə 40-dan çox dövlət tərəfindən qətnamə qəbul edildi.Azərbaycanın bayrağını 23 ay dünyanın böyük dövlətlətində dalğalandıran, məhz Azərbaycan Xalq Cümhuriyyəti oldu.  1918-ci il 26 iyunda Milli Ordunun yaradılması, həmin ilin 27 iyununda Azərbaycan dilinin dövlət dili elan olunması, 23 avqust 1918-ci ildə “Azərbaycan vətəndaşlığı haqqında” qərarın qəbul edilməsi, 7 dekabr Azərbaycan parlamentinin açılması və fəaliyyətə başlaması, 1919-cu il 28 mayda Azərbaycan nümayəndə heyətinin Paris konfransında iştirakı və burada keçirilən görüşlər, 1919-cu il 1 sentyabrında Bakı Universitetinin yaradılması haqqında  qərarın qəbulu qeyd olunan uğurlar sırasına daxil olmuşdur.1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanda ikinci respublika-Azərbaycan Sovet Sosialist Respublikası yaradılmışdır.Bu respublika  Azərbaycan Xalq Cümhuriyyətinin bir çox ənənələrini  davam etdirmişdir.O vaxt Azərbaycan Respublikası bolşevik ideologiyasının təsiri altında olaraq eyni zamanda müstəqil olmuşdur.Onun müstəqil xarici siyasəti olmuş və Azərbaycanda dövlət quruculuğu sahəsində bir çox işlər görülmüşdür.1921-ci il Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir.Onun özünün parlamenti, dövlət orqanı olmuşdur.Lakin 1922-ci ilə qədər müstəqil siyasət yürütmək mümkün olmuş, həmin ilin dekabrın 30-da Sovet Sosialist  Respublikaları İttifaqı yaranarkən Azərbaycan Respublikası da bu ittifaqa daxil edilmiş və ittifaqın yaranmasında iştirak etmişdir, Azərbaycan xalqı 70 il  Sovet Sosialist sistemi şəraitində yaşamışdır.Bu XX əsrdə xalqımızın tarixinin böyük  bir hissədir.Biz o vaxt dövlət müstəqilliyindən məhrum olmuşduq.Ona görə də bu dövrü lazımınca qiymətləndirmək zəruridir.Çünki bu dövrü bizim xalqımız yaşamış, yaratmış, qurmuş və nəhayət 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edilməsi ilə tariximizdə yeni bir dövr, müstəqil inkişaf dövrünə qədəm qoyulmuşdur.1991-ci ildə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizin qorunub saxlanmasında  xalqımız böyük iradə və yüksək ictimai şüur  nümayiş etdirdi, minlərlə şəhid versə də, işğala məruz qalsa da, Azərbaycan xalqı azad yaşamaq amalından  bir addım belə geri çəkilmədi.Ən əsası isə müdriklik göstərən xalq qanlı faciələr, qurbanlar və itkilər hesabına qazandığı istiqlalı saxlamaq, qoruya bilmək iqtidarında olan Cənab Heydər Əliyevi unutmadı. Müdrik Liderin rəhbərliyi ilə xarici işğalın qarşısını alan, dövlət çevrişinə cəhdi aradan qaldıran və dünyaya sivil Azərbaycanı tanıtmaq imkanını əldə edən xalqımız müstəqilliyimizin əbədi olduğunu sübuta yetirdi. Heydər Əliyev Azərbaycanda dövlət quruculuğu işinə müəlliflik etdi.Ulu öndərimiz ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan naminə etdikləri gözlərimizin qarşısında baş verdi.Bütün həyatı və fəaliyyəti dövründə Ulu Öndərin yeganə amalı sabit, güclü, azad və firavan azərbaycan qurmaq olmuşdur. Qısa müddət ərzində vətəndaş qarşıdurması və parçalanma təhlükəsindən qurtulan Azərbaycan bu gün dünyanın siyasi və iqtisadi dairələrində diqqət mərkəzinə çevrilmişdir. 23 ildir müstəqil olan Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cühmuriyyətinin layiqli varisidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi hesab edərək demişdir “Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, iqtisadi islahatların həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və bu dövlət, bu quruluş 1918-ci ildə yaradılmış ilk Xalq Cümhuriyyətinin varisidir.Bütün dövlət onun varisidir, bütün xalq onun varisidir.Hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun  layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı  getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır.İllər bir-birini əvəz etdikcə ölkəmizin iqtisadi qüdrəti möhkəmlənir, abadlıq-quruculuq işləri genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır.Ölkəmizin sosial-iqtisadi inkişafının  real göstəricisi olan ümumdaxili məhsul istehsalı artım sürətinə görə  dünyada öncül yerlərdən birini tutur. Dövlər başçımız regionların sosial-iqtisadi inkişafına xüsusi önəm verir.Bu məqsədlə qəbul olunmuş Dövlət Proqramlarının həyata keçirilməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev regionların inkişafını əsas istiqamətlərdən biri hesab edir və bununla bağlı bölgələrə vaxtaşırı səfərlər edir.Məhz Prezident İlham Əliyev xarici iqtisadi əlaqələrin, bütünlükdə xarici siyasi kursun  düzgün qurulmasına xüsusi diqqətlə yanaşır.Onun xarici  ölkələrə etdiyi uğurlu səfərlər və aparılan danışıqlar bunu  bir daha təsdiq edir.Bu müdrik siyasi kursun ardıcıl olaraq yerinə yetirilməsi, Ölkə Prezidentinin imzaladığı fərmanların uğurla həyata keçirilməsini təmin etmək məqsədi ilə dövlət quruculuğu istiqamətində həyata keçirilən geniş miqyaslı tədbirlərin Biləsuvar rayonunda da yerinə yetirilməsi üçün lazım olan işlər görülməkdədir. Rayonumuzda geniş quruculuq, abadlıq  işlərinin aparılıması, sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması, eləcə də digər istiqamətlərdə də tədbirlər həyata keçirilməkdədir. Rayonumuzun iqtisadiyyatının əsası olan aqrar sektorun dinamik inkişafının təmin edilməsi ilə yanaşı sosial infrastruktur obyektlərinin salınması, yeni təhsil,səhiyyə  ocaqlarının tikintisi, yolların təmiri, müasir tələblərə cavab verən binaların inşaası, parkların salınması  daim diqqət mərkəzindədir.Həyata keçirilən bu tədbirlər, bütün sahələrdə ədalətli  dövlət idarəçiliyi kursu, rayon əhalisinin dövlətimiz və dövlətçiliyimiz ətrafında daha sıx birləşməsinə səbəb olur, əbədiyaşar öndərimiz Heydər Əliyev ideyalarına, siyasi kursuna olan inam və ehtiramlarını daha da gücləndirir.Xalqımız inanır ki, ölkə prezidenti cənab İlham Əliyevin ardıcıl siyasi kursu nəticəsində işğal olunmuş torpaqlarımız da yaxın zamanda geri  qaytarılacaq, qaçqın və məcburi köçkün soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Çıxışının sonunda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş  Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını daima göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək və gələcəyə doğru inamla aparacaqdır.
Məruzə ətrafında  X.Abıyeva, F.Hüseynov və E.Ağayev  çıxış etdilər.
Tədbir bədii hissə ilə davam etdirildi.

Keçidlər