Biləsuvarda “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon birinciliyinə yekun vuruldu.
18 may 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şagird Gənclər Təşkilatlarının İntellektual Oyunlar Klubunun üzvləri arasında keçirilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə Biləsuvar rayon birinciliyinin final mərhələsi keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov iştirak etdilər.
Tədbirdə çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirdi ki, görülən bütün bu işlərin icrası “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının qanunundan irəli gələrək həyata keçirilir. "Xəmsə" Milli İntellektual Oyunu gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə və inkişafına səbəb olacaq, sağlam rəqabətin nəticəsində Azərbaycan həqiqətləri, tarixi və nailiyyətləri haqqında gənclərin daha dərin biliklər əldə etmək imkanı olacaq".
Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı "Xəmsə" Milli İntellektual Oyununun əhəmiyyətindən danışdı, bildirdi ki, belə oyunların sayının çoxalması bu gün üçün çox vacibdir.
28 komanda arasında aparılmış seçim mərhələsindən sonra final mərhələsinə vəsiqə qazanan 12 komanda finalda qarşılaşdılar. Sonda “Mübariz” komandası birinci, “De-fakto” ikinci, “Nur” komandası isə üçüncü yerə layiq görüldülər.
Komandalara Biləsuvar rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim olundu.