Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Kitab Bayramı keçirildi.

19 may 2016 | 16:00

17 may 2016-cı il tarixdə Biləsuvar rayon  Mərkəzi Kitabxanasında Kitab Bayramı keçirildi.
Kitab Bayramında Azərbaycan Respublikası Prezidenti  Administrasiyasının    məsul işçisi Bəhruz  Həsənov,  Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə  Qəmbərova, aidiyyətı təşkilat rəhbərləri, təhsil və mədəniyyət işçiləri,  rayonun təhsil müəssisələri, məktəbəqədər tərbiyə ocaqları və  ictimaiyyətin  nümayəndələri iştirak  etdi.
Tədbirdə Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova çıxış edərək  rayonumuzda “ Kitab Bayramı”nın  artıq 8–ci ildir ki,  keçirildiyini  və  bu bayramın  bir ənənə halını aldığını bildirdi.
Azərbaycan Respublikası Prezidenti  Administrasiyasının  məsul işçisi Bəhruz Həsənov çıxış edərək respublikamızda kitabxanaların, nəşriyyat işinin inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri barədə ətraflı məlumat verdi.O bildirdi ki,bu gün bu sahəyə diqqət və qayğı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərancamı ilə latın qrafıkalı kitabların kütləvi nəşrinə başlanması bu sahədə çox böyuk irəliləyişlərə səbəb oldu. Artıq bütün kitablar latın qrafikalı nəşr olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının müavini  Xəyalə  Qəmbərova çıxış edərək bu bayramın rayonun mədəni həyatına daxil olan əlamətdar tədbirlərdən biri olduğunu  bildirdi və  kitabsevərlərə öz tövsiyələrini verdi.
Sonra tədbir iştirakçıları kitab sərgisinə baxış keçirdilər, mədəniyyət işçilərinin hazırladıqları konsert proqramı nümayiş olundu, məktəblilər kitabların təbliği məqsədilə fleşmob nümayiş etdirilər.

Keçidlər