Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda kənd təsərrüfatında görülən işlər və pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirildi.

17 may 2016 | 16:00

16 may 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində rayonda kənd təsərrüfatında görülən işlər və pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri, iştirak etdi.

Biləsuvar  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev şura iclasında çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən son  tədbirlər rayonumuzda da öz töhfələrini verməkdədir.Qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi üçün müəyyən işlər görülmüş və hazırda da bu sahədə işlər davam etdirilir.Rayonumuzda kənd təsərrüfatının, xüsusilə də pambıqçılığın inkişaf etdirilməsi sahəsində bugünədək xeyli işlər görülmüş, rayonda fəaliyyət göstərən  “CTS-Aqro” MMC  1703  hektar  sahədə pambiq əkini üçün 225 mülkiyyətçi ilə,  “MKT-İK” MMC isə 2700  hektar sahədə pambıq əkini üçün 371 mülkiyyətçi ilə müqavilələr bağlamışdır.  “CTS-Aqro” MMC-nin təcrübə-sınaq  təsərrüfatı isə 1405 hektar sahədə yüksək repreduksiyalı pambıq toxumunun əkini üçün  hazılıq işlərinə başlamışdır.
Rayonun ayrı-ayrı kəndlərində mülkiyyətçilərlə 6000 hektar sahədə pambıq əkini aparmaq  və 15000 ton pambıq istehsal etmək nəzərdə tutulmuşdur. Hal-hazırda 6040 hektar sahədə mülkiyyətçilərlə müqavilələr bağlanmışdır. 5400 hektar sahədə şum işləri aparılmışdır və  bundan 5044 hektar  sahədə çiyid səpini aparılmışdır,2840 hektar sahədə çıxış alınmışdır.
Pambıqçılıq sahəsinin inkişafı əhalinin  məşğulluğunun  təmin olunmasında mühüm rol oynayacaqdır. Hazırda bu sahədə 515 nəfər işlə təmin olunmuşdur.

M.Quliyev bildirdi ki,  fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilir.Bu güzəştlərin tətbiqi rayonumuzda kənd təsərrüfatının daha da inkişaf etirilməsinə şərait yaradaraq, mülkiyyətçilərimizin daha çox məhsul istehsalını stimullaşdırır.
Sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, Suvarma Sistemlər idarəsinin rəisi Ədalət Babayev və pambıq zavodlarının rəhbərləri  məlumat verərək  hazırda rayonda kənd təsərrüfatının vəziyyəti, sahələrin suvarılması və görüləcək işlər barədə bildirdilər.

Keçidlər